Gülənçilər "erməni soyqrımı"na dəstək verib
Fətullah Gülən camaatının qondarma erməni soyqrımı ilə bağlı qanun
layihəsi hazırlayan ABŞ senatoru Robert Menendezə rüşvət ödədikləri üzə
çıxıb. Senatorun ünvanına altı ilə yaxın ödənilən pul məbləğinin
görünən tərəfinin 9 min dollar olduğu bildirilir. Bu rəqəmin yalnız
rəsmi sənədlərdə əks olunduğu barədə məlumat verilir. Gülən camaatının
qondarma erməni soyqrımı haqqında qanun layihəsini hazırlayan ABŞ
senatoruna sənədlərdə qeyd olunan rəqəmlərdən əlavə milyonlarla dollar
dəyərində vəsait ödədikləri də yayılan məlumatlar arasında yer alıb.
Nyu-Cersili senatora 2011-2012-ci illərdə Gülən camaatına məxsus olan
məktəb və kompüter şirkətindən 9 min 5 yüz dollar dəyərində pul
ödənildiyi də bildirilir. Menendezin Türkiyə əleyinə atılan bütün
addımlarda Gülən camaatından dəstək aldığı ifadə olunub.
Gülən cammatının qondarma erməni soyqrımına dəstək verən ABŞ
senatoruna hədiyyə etdiyi milyonların siyahısı belədir: Gülənin
Nyu-Cersidə fəaliyyət göstərən “Milkwvay Education Center” (Samanyolu
Təhsil Mərkəzi) adından 23 dekabr 2011-ci il tarixində ABŞ senaoruna
1000 dəyərində pul hədiyyə edilib. Nyu Cersidə Fətullah Gülənə məxsus
“Pioneer Academy of Science” adlı türk kolleci tərəfindən senatora 3
min dollar ödənilib. Nyu Cersidə Gülənə məxusus viza işləri ilə məşğul
olan “Kulen Law Firm”dan 03 fevral 2012-ci il tarixində ABŞ senatorunun
hesabına 2 min 500 dolar dəyərində vəsait ödənilib. Gülən camatına
məxsus “Umit İnternational” şirkətindən 20 Mart 2012-ci il tarixində ABŞ
senatoruna 2 min dollar məbləğində pul verilib.
Qeyd edək ki, ABŞ senator Robert Menendezin qondarma erməni
soyqrımının dünyaya tanıdılması ilə bağlı hazırladığı qanun layihəsi ABŞ
Senatı təfərindən qəbul edilməyib. Bir müddət bundan əvvəl Gülən
camaatının 2006-ci ildən bu günə qədər başda Türkiyə əlehinə olması ilə
tanınan Texas ştatının valisi Rick Perri olmaqla onlarla siyasətçiyə 1,5
milyon dollar dəyərində pul ödədikləri də üzə çıxıb (ANS).
Short URL: http://www.cumhuriyyet.net/?p=6051