Əli Kərimlidən sərt Ukrayna bəyanatı

14.04.2014 - 01:31

AXCP sədri bu ölkənin parçalanma təhlükəsindən və hakimiyyətin qətiyyətsizliyindən yazdı

AXCP sədri Əli Kərimli “Facebook” profilində yenidən Ukrayna
hadisələrindən və ölkənin parçalanma təhlükəsindən yazıb. Əli Kərimlinin
statusunu təqdim edirik:

“Ukrayna inqilabını, Ukraynanın Avropa Birliyinə inteqrasiyasını
dəstəklədiyim ictimaiyyətə məlumdur. Amma hər hansı siyasi qüvvəyə
verilən dəstək həmin qüvvənin bütün hərəkətlərinin kor-koranə
dəstəklənməsi demək deyil. Ona görə də bir həftə qabaq Rusiyadan
istiqamətləndirilən separatçılar heç bir müqavimətə rast gəlmədən
ölkənin 10 milyondan artıq əhalisinin yaşadığı cənub-şərq vilayətlərində
hakimiyyəti devirib, dövlət binaları üstünə başqa dövlətin bayrağını
asıb, çox böyük əraziləri Ukraynadan de-fakto qoparanda dərhal Ukrayna
hökumətinin qətiyyətsizliyini tənqid etdim. Bir həftədən sonrakı
reaksiyaların bir qismini təqdim edirəm: 

– Hazırda Ukraynada ən yüksək reytinqi olan prezidentliyə namizəd
Pyotr Poroşenko hökuməti qətiyyətli addımlar atmağa səsləyib. O,
Təhlükəsizlik Şurasının dərhal toplanmasına və konkret qərarlar qəbul
olunmasına çağırıb. 

– Bu gün bir neçə min adam Maydana toplaşıb. Maydan fəalları
hakimiyyətdən ölkənin cənub-şərqində separatizmin qarşısını almağı,
separatçılara qarşı sərt tədbirlər görməyi tələb edir və bildirirlər ki,
əks halda hakimiyyətdə olanları Yanukoviçin aqibəti gözləyir. Aksiyada
həmçinin, daxili işlər naziri Avakovun istefası tələb olunub.

– Polşa hökumətinin başçısı Donald Tusk Ukraynanın şərqində
administrasiya binalarını tutan insanlara terrorçu kimi münasibət
göstərilməsini haqlı sayır və hesab edir ki, Ukrayna hakimiyyəti onlara
qarşı qətiyyətli olmalıdır. Baş nazir qeyd edib ki, Ukrayna hakimiyyəti
ilk növbədə öz gücünə arxayın olmalıdır. Heç bir üçüncü güc ölkənin özü
qədər onu müdafiə etməyəcək. ABŞ, yaxud Fransadan Ukraynanın
müdafiəsində fəal iştirak edəcəklərini gözləmək mənasızdır.

– UDAR partiyasının lideri Vitali Kliçko aprelin 14-də Radanın
növbədənkənar iclasını çağırmağı tələb edir: “Dərhal parlamentin
növbədənkənar iclasını çağırmalıyıq. Ölkəyə nəzarəti əlimizdə saxlamaq
üçün qəti tədbirlər görməliyik”.

– “Svoboda” partiyasının sədri Oleq Tyaqnibok isə öləknin şərqində
terrorçulara qarşı müqavimətin təşkilində ləngimənin Krım ssenarisinin
təkrarlanmasına gətirib çıxaracağını söyləyib.

– Sağ sektorun rəhbəri Yaroş Ukrayna hakimiyyətini fəaliyyətsizlikdə
ittiham edib. O, bildirib ki, Ukraynanın şərqində indi Krım ssenarisi
təkrar olur.

– Nəhayət, Putinin keçmiş müşaviri, Rusiyanın tanınmış iqtisadçısı
Andrey İllarionov: “Əgər yaxın 3 gündə Ukrayna hökuməti ölkənin
şərqindəki problemi həll edə bilməsə, hakimiyyətdə qala bilməyəcək. İndi
problemi ancaq güc yolu ilə həll etmək olar”.

Son məlumatlara görə, Ukrayna hökuməti də bu qədər tənqid və
çağırışlardan sonra qəti addımlar atmağı planlaşdırır. Ancaq xeyli
gecikib. İki variantı müqayisə edin. 

Birinci variantda dövlət əvvəlcədən ölkənin separatçılıq gözlənilən
rayonlarında təhlükəsizlik tədbirləri görür, dövlət binalarının
mühafizəsini gücləndirir, Rusiya ilə sərhədi möhkəmləndirir,
separatçıların vahid mərkəzdə toplaşmasını, silahlanmasını maksimum
çətinləşdirir və belə cəhdlərin qarşısını qətiyyətlə alır. 

İkinci variant isə indi Ukraynada baş verir: Ölkənin böyük bir
hissəsi müqavimətsiz separatçılara təhvil verilir, separatçılar orada
möhkəmlənir və elə bir vəziyyət yaranır ki, qüvvə tətbiq olunmasa,
ölkənin üçdə biri itiriləcək. Qüvvə tətbiq olunsa, nəticəni əvvəlcədən
söyləmək artıq çətindir. Yaxşı halda ölkənin ərazi bütövlüyü xeyli itki
bahasına təmin olunacaq. Pis halda isə Ukrayna hakimiyyəti hətta qüvvə
tətbiqində də başarılı olmaya bilər. Çünki çox qiymətli olan vaxtı
itirib.

7 apreldə yazdığım yazıda qeyd etmişdim ki, siyasət ilk növbədə lazım
olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Bu yazıda isə əlavə
etmək istəyirəm ki, bütün digər peşələr kimi siyasət də peşəkarlığı
sevir, həvəskarların yeri deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30