Türk təyyarələri rus pilotlarının cavabını verdi
Bu gün Rusiyaya məxsus bir təyyarənin Qara dəniz üzərində türk hava
sahəsinə yaxın məsafədə uçuş həyata keçirməsi Türkiyə F-16-larını
hərəkətə gətirib.
Bu barədə Baş Qərargah
Rəhbərliyindən məlumat verilib. Rus təyyarələri Qara dənizin
beynəlxalq hava sahəsində Türkiyə sahillərinə təxminən 15-20 dəniz mili
məsafədə uçuş reallaşdırıb. Bundan dərhal sonra 4 Türkiyə F-16-sı
havaya qalxaraq, rus təyyarəsini təqib edib. Rusiyaya məxsus təyyarə
Rumıniya tərəfindən gələrək qərb-şərq istqamətində Türkiyə sahillərinə
yan alıb. Baş Qərargahın mətbuat xidmətindən verilən digər məlumatda
isə Suriyaya məxsus MİQ-23 təyyarəsinin Türkiyə sərhədinə doğru
yaxınlaşdığı və iki Türkiyə təyyarəsinin də təhlükəsizlik üçün sərhədə
yan aldığı bildirilib
Short URL: http://www.cumhuriyyet.net/?p=6055