İçdiyimiz suyun tərkibində nə var?
Azərbaycanın yerli bazarında istənilən malı tapmaq mümkündür.
Əvvəllər hansısa azərbaycanlıya nadir bir əşya və yaxud ərzaq məhsulu
lazım olanda xaricə üz tuturdusa, bu gün yerli bazar çeşidli məhsullarla
boldur. Lakin bolluğun fonunda istifadə etdiyimiz ərzaq məhsullarının,
sərinləşdirici içkilərin keyfiyyətinə etimadımız kifayət qədər deyil.
Süfrə suyu və mineral su bazarındakı vəziyyət də bu sarıdan ürəkaçan
deyil. Plastik qablarda – balonlarda qablaşdırılan və saxlanma şəraiti
standartlarda göstərildiyi qaydada gözlənilməyən suyu istehlak edən
vətəndaşlar bir sıra hallarda səhhətlərinə ziyan verdiklərinin fərqinə
varmırlar.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
deyir ki, həyatı axtaran birinci suyu tapmağa çalışır. Litri 30 qəpikdən
10 manata qədər olan sular satılır. Hər bir brendin isə saxta
variantları da yetərincədir. Əhali məişətdə istifadə etmək üçün onu
qablaşdırılmış şəkildə alır. Qablaşdırılmış suyu qaynadarkən ərp əmələ
gəlirsə, onun tərkibi haqqında şübhələr yaranması şəksizdir:
“Sərinləşdirici içkilər sektorunda belə problemlər yaşanır. Saxta
limonadlar, süni dadverici, rəngverici maddələrlə zənginləşdirilən
meyvəli içkilər satılır. Əmtəə bazarında satılan suların təxminən 30
faizi saxtadır və standartlara cavab vermir. Ətraf mühitə, tarlalara
atılan plastik qabları antisanitar şəkildə, təmizləmədən yenisini
qablaşdırırlar. Isti yay şəraitində plastik qabın tərkibindəki kimyəvi
maddələr suyun tərkibinə keçir. Regionlarda, hətta Bakıda da açıq su
satışı da keçirilir. Bu sahədə də böyük problemlər var. Amma onları
aradan qaldıran yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6069