Sabah ay tutulacaq
Sabah bu il ərzində ilk Ay tutulması baş verəcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına
Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor
müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Ay tutulması aprelin 15-də
Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq.
Tutulma 3 saat 35
dəqiqə davam edəcək. Bu hadisəni Azərbaycandan müşahidə etmək mümkün
olmayacaq. Ay tutulması Avstraliya, Sakit Okean və Amerikada müşahidə
ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=6078