Fətullah Gülən mətbuatı Azərbaycandakı "nurçu" məktəblərindən yazdı
14.04.2014 - 14:31
Fətullah Gülən mətbuatı Azərbaycandakı “nurçu” məktəblərindən yazdı
Bakıda “nurçu”lara qarşı polisin keçirdiyi əməliyyatdan sonra, Türkiyədə Fətullah Gülənə yaxınlığı ilə seçilən mətbuat əndişəyə düşüb.
Avropa.info xəbər verir ki, Bakıdakı “Çağ Öyrətim”ə məxsus məktəblərin bağlanmasından təşvişə düşən Gülənçi mətbuat Azərbaycanda açılan ilk türk məktəblərindən yazı dərc edib. “İlk türk okulunun bu hekayətini bilirsinizmi?” başlıqlı yazını qısa ixtisarla oxuculara təqdim edirik:
9 noyabr 1989-cu ildə Berlin divarıarının yıxılmasından sonra, Türkiyəni Gürcüstana bağlayan Sarp sərhəd keçid məntəqəsi və İqdır Dilucu sərhədi də açıldı. Dilucudan keçərək azərbaycanlı qardaşları ilə əsrlik həsrət aradan qaldıran türk müəllimlər, xaricdəki ilk kollecləri də Azərbaycanda açdı.
1992-ci ildə fəaliyyətə başlayan məktəblərin artıq 20 illik bir tarixi və minlərcə məzunu var. Sovetlər Birliyinin yenicə yıxıldığı və çökən kommunizimlə birlikdə soyuq savaşın geridə qaldığı o illərdə, əlbəttə həyat asan deyildi. İndi rahatlıqla keçdiyimiz Dilucu sərhədindən o tərəfdə könüllü müəllimlərə nə gözləyirdi? Sualın cavabını o zaman kimsə bilmirdi, amma könüllülər üçün cavabın önəmi yox idi. Fətullah Gülənin cami minbərlərindən verdiyi tövsiyələr, qardaş toplumlara əl uzatmaq yönümündə idi.
Öncə 1990-cı ilin martında bir qrup ticarətçi Naxçıvana getdi. O zamanlar qonaqları Naxçıvan Ali Məclisinin rəhbəri olan Nazim Əkbərov qarşıladı. Türkiyədən gedən qonaqlara Mustafa Duran rəhbərlik edirdi. Mustafa Duran Nazim Əkbərova Naxçıvanda bir məktəb açmaq istədiklərini desə də, ilk cəhddən bir nəticə çıxmadı.
1991-ci il Naxçıvan üçün önəmli dönəm idi. Azərbaycanın tanınmış siyasətçisi Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olmuşdu. Türklərlə ilk təmas qurmuş Nazim Əkbərov da təhsil naziri idi. Bundan sonra Türkiyədən Məhərrəm Mənəşkə, Mustafa Nuri Atalay, İbrahim Avci və Üsamə Gül yenidən Nazim Əkbərovun yanına gedirlər. Əkbərov onların Heydər Əliyevlə görüşünü təşkil edir. Görüş gecə saat 11-də təyin olunur. Türk qonaqlar Aliyevin otağına girincə, onu şam işığında və paltosuyla çalışan vəziyyətdə görürlər. Heyyət məktənb açmaq istəyini bildirirlər. Heydər Əliyev bu istəyi qəbul edir. Lakin məktəbin açılması üçün göstərilən yeri bəyənməyərək, yeni bir yer tapılmasını bildirir. Bundan sonra türk heyəti məsləhətləşmək üçün yenidən Türkiyəyə qayıdır. Bundan sonra Heydər Əliyevlə görüşmək üçün “Zaman” qəzetinin Baş direktoru İlhan İşbilən Naxçıvana gedir. Bundan sonra, Naxçıvan Türk Litseyinin indiki binası verilir. Eyni zamanda,”Zaman” qəzetinə də büro açmaq üçün yer verilir.
Bundan sonra yazıda, Naxçıvanın o zamankı ağır vəziyyətində, türk litseyinin fəaliyyət göstərdiyi, şagirdlərə keyfiyyətli dərclər keçirildiyi qeyd olunur. Türk müəllimlərin Türkiyədəki normal həyatlarını buraxıb Naxçıvanda çətin dönəmlərdə şagirdlərə dərs verdikləri bildirilir. Hazırda Naxçıvandakı litseyin çox yaxşı vəziyyətdə olduğunu yazan müəllif, bunun yüksələn xətt üzrə davamlı olmasını istədiklərini yazır.
Xaricdəki ilk türk litseyinin Naxçıvanda olduğunu, lakin bunula yanaşı Azərbaycanın başqa ərazilərində də türk məktəblərinin açıldığı qeyd olunur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycandakı türk məktəblərdən və yaxud da media qurumlarından söhbəıt açılarkən, ancaq Fətullah Gülənin nəzarətində olan məktəb və media qurumlarından yazılıb. Məsələn, yazıda bildirilir ki, xaricdə açılan ilk türk hazırlıq kursları Bakıdakı Araz kurslarıdır. Eyni zamanda Türkiyənin xaricdə açdığı ilk türk ali məktəbinin də Qafqaz Unversiteti olduğu qeryd edilir. Azərbaycanda ilk rəsmi şirkətin isə “Zaman”qəzeti olduğu qeyd edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6085