İcra başçısının addımı müəllimləri və valideynləri ayağa qaldırdı

14.04.2014 - 14:56

İcra başçısının addımı müəllimləri və valideynləri ayağa qaldırdı

Azərbaycanda orta məktəb müəllimləri və bu tədris müəssisəsində təhsil alan şagirdlərin valideynləri etiraza qalxıblar
aznews.az-a daxil olan məlumata görə, Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin müəllimləri və şagirdlərin valideynləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər. Etirazçılar 2 il əvvəl bu təhsil ocağının təmiri ilə bağlı təsdiqlənmiş layihənin hələ də icra olunmamasından narazıdırlar.
Aksiya təşkilatçıları bildiriblər ki, təmir işlərinin başlanmasına Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov imkan vermir: “İcra başçısı məktəbin təmir edilməsinə imkan vermir. Bizdə olan məlumata görə, bunun səbəbi məktəbin ərazisinin bir tikinti şirkətinə satılmasıdır. Elə buna görə də məktəbin nəinki təmir edilməsi, əksinə söküləcəyi gözlənilir. Bizdə olan məlumata görə, yaxın vaxtlarda məktəbin ərazisində çoxmərtəbəli binanın inşasına başlanılacaq”.
Valideynlər həmçinin qeyd ediblər ki, sabah Təhsil Nazirliyinin qarşısına toplaşacaqlar. Bundan əlavə, etirazlarını daha da ictimailəşdirilmək üçün televiziya kanallarını çəkiliş aparılması üçün məktəbə dəvət edəcəklər.
Qeyd edək ki, 245 saylı orta məktəb Bakının ən nümunəvi təhsil müəssisələrindən hesab edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930