Qarabağ separatçılarının lideri Moskvada "Yeni Naxçıvan" kilsəsində olub

14.04.2014 - 15:24

Qarabağ separatçılarının lideri Moskvada “Yeni Naxçıvan” kilsəsində olub 

Azərbaycan işğal altındakı torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan Moskvada səfərdə olub.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçı qurumun “rəhbəri” erməni apostol kilsəsinin yığıncağında iştirak edib. Bunun ardından separatçıların lideri ötən ilin sentyabrında açılış mərasimi gerçəkləşən Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” üzrə yeparxiyasının iqamətgahında olub. Kilsənin baş keşişi Yezras Nersisyan “DQR”lə əlaqələrin inkişaf etdirilməsindən söz açıb. Görüşdə separatçı rejimin “baş nazirinin müavini” Artur Aqabekyan, Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan da iştirak ediblər.
Qeyd edək ki, Moskvada ermənilərə məxsus böyük kilsə kompleksi olan Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” adlandırılan yeparxiyasının açılışı ötən ilin sentyabr ayında baş tutub. Kilsənin “Yeni Naxçıvan” adlandırılması ermənilərin Azərbaycana qarşı növbəti ərazi təxribatıdır. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6089

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930