Salyanda ictimai fəala cinayət işi açılıb

14.04.2014 - 22:39

Salyan rayonunda  Demokratiyaya Yardım İctimai Birliyinin üzvü Tofiq Qasımov haqqında cinayət işi açılıb.
 
 

Bu haqda AzadlıqRdiosuna birliyin rəhbəri Emil Məmmədov məlumat
verib. Birlik rəhbərinin sözlərinə görə o, Cinayət Məcəlləsinin 182-ci
maddəsi ilə (hədə-qorxu ilə tələb etmək) ittiham olunur. Emil Məmmədov
açılan cinayət işini birliyə və özünə qarşı təzyiq sayır:

“Bundan öncə 10 sutkalıq həbs olunmuşdu. Bu gün vaxtı tamam olurdu,
buraxılmalı idi. Ailə üzvlərinə deyiblər ki, onun haqqında hədə-qorxu
ilə tələb etmə maddəsi ilə cinayət işi açılıb. Guya idarə və müəssisə
rəhbərlərinə hədə-qorxu gələrək pul istəyib onlardan.  Əslində burada
əsas hədəf təşkilat sədri kimi mənəm. Mən icra hakimi haqqında
prezidentə şikayət etmişdim. O da demişdi ki, mən buna görə ondan qisas
alacağam, Emili tutduracağam. İndi  də əllərinə fürsət düşüb. İdarə
müəssisə rəhbərlərini zorla göndərib şahid kimi onun üzünə qoyublar.
Salyan polisində saxlanan Tofiqdən zorla mənim əleyhimə izahat alıb,
məni də həbs etmək istəyirlər. İşi polis aparır”

Salyan Rayon Polis Şöbəsindən Tofiq Qasımova açılan cinayət işi ilə bağlı məlumat vermək istəmədilər.

Tofiq Qasımov  aprelin 4-də ictimai asayişi pozma ittihamı ilə 10
sutkalıq həbs olunmuşdu. Emil Məmmədov  AzadlıqRadiosuna həbsin əsassız
və sifarişli olduğunu demişdi. O bildirirdi ki,  monitorinq apararkən
üzə çıxardığı korrupsiya faktlarına görə Salyan rayon icra başçısı ondan
qisas alır.
Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov  ünvanlarına səslənən iddiaları rədd etmişdi.

Rayon polis şöbəsi də  Tofiq Qasımovun şərlənərək həbs olunması
barədə deyilənləri rədd edirdi. Salyan şəhər sahə müvəkkili Zeynal
Vəliyev AzadlıqRadiosuna bildirmişdi ki, Tofiq Qasımov ictimai yerdə
nalayiq ifadə işlətdiyinə görə 10 sutkalıb həbs olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=6097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930