Ukraynalılar İsveçrə prezidentini Danimarka bayrağı ilə qarşıladılar
siyasi qalmaqal baş verib. Rəsmi Kiyev İsveçrənin dövlət başçısı Didye Burkhalteri
Danimarkanın Dövlət bayrağı ilə qarşılayıb. Sonradan məlum olub ki,
protokolu hazırlayanlar bu iki dövlətin bayraqlarını səhv salıblar.
Qeyd
edək ki, D. Burkhalter ATƏT-in müşahidəçi missiyasının nümayəndəsi kimi
Ukraynaya səfər edib. Səfər çərçivəsində o, Ali Rada tərəfindən baş
nazir elan olunmuş Arseni Yasenyüklə görüşüb. Elə həmin görüş zamanı
İsveçrənin dövlət başçısı bayrağın səhv asıldığını ona işarə edib.
Qeyd edək ki, Danimarka ilə İsveçrə bayraqları həqiqətən bir-birinə oxşayırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=6101