İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər
müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir. General-mayor Hüseyn Dehqanın dəvətilə bu ölkəyə səfər
edən Z. Həsənov Tehranın Mehrabad hava limanında eniş edib.
İranın
məşhur xəbər agentliklərindən biri olan “Mehrnews” yayımladığı xəbərdə
Azərbaycanın hazırkı müdafiə naziri Zakir Həsənovun yerinə eks-nazir
Səfər Əbiyevin fotosunu yerləşdirib.
İkigünlük
səfər zamanı Azərbaycanın müdafiə naziri və İran hakimiyyəti regional,
siyasi, müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi
aparacaqlar.
Səfər 15 aprel tarixinə qədər davam edəcək.
Səfər
çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə
ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin
aparılacağı, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra
görüşlərin keçiriləcəyi planlaşdırılır
Short URL: http://www.cumhuriyyet.net/?p=6102