14 yaşlı "terrorçu" qız həbs edildi
14 yaşlı “terrorçu” qız həbs edildi
Tvitter sosial şəbəkəsində terrorçu olması ilə bağlı tvit atan qız Rotterdamı qarışdırdı. “Axar.az” “The İndependent” qəzetinə istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Rotterdam şəhərində yaşayan 14 yaşlı qız “American Airlines”ə terrorçu olması ilə bağlı tvit atıb. Qızın bu “zarafat”ı ona baha başa gəlib. Əfqanıstan vətəndaşı və “Əl-Qaidə” terror təşkilatının üzvü olduğunu deyən qız hava yolu şirkətinə təhqir dolu mesajlar göndərib. Sosial şəbəkə istifadəçiləri tərəfindən təkrar paylaşılan mesajlar şirkəti hərəkətə keçməyə məcbur edib. Hərəkətə keçən Federal Tədqiqatlar Bürosu (FTB) qızın Əfqanıstanda deyil, Hollandiyada yaşadığını aşkarlayıb. Qızın Tvitter ləqəbinin Sara (Sarah) olduğu deyilir. Yerli mətbuat 14 yaşlı Saranı İP koduna əsasən müəyyən edildiyini deyir. Qızın son mesajı isə maraqlı olub: “Bu mən deyildim. Dostum idi. Mənim İP-mi ələ keçirib yazırdı. Mən Əfqanıstandan deyil, Hollandiyadanam”. Xatırladaq ki, “American Airlines”in Tvitterdə 800 mindən artıq izləyicisi (follover) var
Short URL: http://www.cumhuriyyet.net/?p=6117