ABŞ səfiri: "Fətullah Gülən ekstradisiya edilə bilər"

15.04.2014 - 11:16

ABŞ səfiri: “Fətullah Gülən ekstradisiya edilə bilər”

İslam icmasının hazırda ABŞ-da yaşayan  aparıcı simalarından olan Fətullah Gülənin günahları sübut olunarsa, Vaşinqton rəsmi Ankaranın tələbini nəzərə alaraq onu Türkiyəyə ekstradisiya etməyə hazırdır.
Virtualaz.org Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Frensis Pikkapdone deyib.
Onun sözlərinə görə, hələlik Gülənə qarşı cinayət işi qaldırılmayıb. Bu səbəbdən də indiki halda onun Türkiyəyə ekstradisiyası mümkün deyil.
Yeri gəlmişkən, bir ara Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü bildirmişdi. Məhz ondan dərhal sonra F.Gülən siyasi sığınacaq üçün Kanadaya müraciət etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=6118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930