Bakıda məcburi köçkünlər Dövlət Komitəsinin qarşısında aksiya keçirir

15.04.2014 - 12:49

Bakıda məcburi köçkünlər Dövlət Komitəsinin qarşısında aksiya keçirir

Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirir.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.
Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.
Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.
Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=6124

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930