Ermənilər Laçın və Kəlbəcəri lotereyaya çıxarır
Ermənilər Laçın və Kəlbəcəri lotereyaya çıxarırLaçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi layihəsinin reallaşması üçün lotereya oynanılır”. Bu barədə separatçı Dağlıq Qarabağ rejimin “baş naziri” Ara Aratunyan bildirib. Onun sözlərinə görə Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi perspektiv planda nəzərdə tutulub. Lakin qondarma qurumun “hökumət başçısı” layihənin reallaşması üçün külli miqdarda vəsait lazım olduğunu da etiraf edib. A.Aratunyan proyektin 30 milyon drama (təxminən 12 milyon dollar) reallaşacağını söyləyib. “Pulu yığmaq üçün bizim tərəfimizdən lotereya oynanılır. Biz erməni ailələrinin məskunlaşma prosesini sürətləndirməliyik. Hazırda Kaşateq rayonunda (Laçında-red) 10 min ailə yaşayır”. A. Aratunyan Dağlıq Qarabağa bitişik bəzi rayonlara kütləvi şəkildə əhalinin yerləşdirilməsi ilə bağlı prosesin davam etdirildiyini bəyan edib. Qeyd edək ki, Azərbaycanın işğal altında olan bölgələrində qanunsuz olaraq erməni ailələri məskunlaşdırılır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlara məskunlaşdırılması intensiv hal alıb. Son məlumatlara görə 3 ildə 3 mindən çox Suriyadan gələn erməni Qarabağda yerləşdirilib. Bu həm də erməni lobbisi həm də “Tufenkyan” və “Kaşataq” xeyriyyə fondlarının maliyyə dəstəyi ilə reallaşır (“Modern.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=6125