Ankarada Cümhuriyyət yürüşü keçiriləcək

15.04.2014 - 14:28

“Gənclər Klubu” İctimai Birliyi hər il olduğu kimi bu il də Ankarada “28 May Cümhuriyyət Yürüşü” adlı fərqli və orijinal layihəsini təqdim edir. “Gənclər Klubu” İctimai Birliyi hər il olduğu kimi bu il də Ankarada “28 May Cümhuriyyət Yürüşü” adlı fərqli və orijinal layihəsini təqdim edir.

Belə ki, təşkilat Ankarada Republika günü münasibəti ilə Bayram Yürüş-Mitinqi təşkil edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 ci il dönümü münasibətilə təşkil ediləcək mitinqə Mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək.
Bu heyətin tərkibinə fəal gənclər, ziyallılar və mətbuat nümayəndələri daxil olacaq. Türkiyədən isə Azərbaycanlı tələbələr və ziyalılar qoşulacaq. Ankarada isə heyətə müxtəlif universitetlərdə təhsil alan tələbələr və eyni zamanda Rəsulzadə irsinin araşdırıcısı, qocaman ziyalımız Cəmil Ünal da qoşulacaq.
Mayın 28-də Ankaranın mərkəzindən müstəqil Azərbaycanın banisi, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Əsri” qəbirstanlığındakı məzarına yürüş olacaq. Böyük öndərin xatirəsi yad olunduqdan sonra Azərbaycanın keçdiyi yol və AXC-nin fəaliyyəti mövzusunda çıxışlar olacaq.
Bayram Yürüşünə qatılmaq üçün müvafiq şərtlər:
1. Hər kəs qoşula bilər
2. Hər kəs yol və qalma xərclərini özü ödəməlidir
Bakıdan Ankaraya bir neçə avtobusla gediləcək. Nəzərə alsaq ki, bu prosesə xeyli gənc dəstək olacaq və bu da bizə yolda yaxşı əylənmək üçün əla şansdır
Ümumilikdə isə Ankaraya gediş-gəliş + qalmaq + 28 May Bayram şam yeməyi və üzərində “Rəsulzadə 130” yazılmış köynək üçün cəmi 160 AZN tələb olunur. Özünüzlə əlavə xərclər üçün pul götürə bilərsiniz.
Tədbirdə iştirak etmək üçün müraciətlərin son tarixi: 17 May 2014

Əlavə məlumat üçün: 055 848 14 34
050 684 80 84

055 875 58 27

   

Short URL: http://www.cumhuriyyet.net/?p=6131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930