Rusiyada azərbaycanlı milyarder öldürüldü

15.04.2014 - 18:39

Bu gün səhər Krasnoyarskda daha bir azərbaycanlı iş adamı- “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı Ənvər İbrahimov qətlə yetirilibBu gün səhər Krasnoyarskda daha bir azərbaycanlı iş adamı- “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı Ənvər İbrahimov qətlə yetirilib.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə rəisinin köməkçisi Olqa Deqid məlumat verib.
Onun sözlərinə görə, qətl hadisəsi səhər saat 7-də Ə.İbrahimovun şəhərin “Şimal mikrorayonu” adlanan ərazisindəki Vodopyanıy küçəsində yerləşən evinin qarşısında baş verib. Ona “TT” tipli tapançadan atəş açıblar: “İstintaq orqanı müxtəlif versiyaları nəzərdən keçirir. Onlardan birinə görə, bugünkü qətl bazar günü qeydə alınan başqa bir ölüm hadisəsi ilə əlaqəli ola bilər”.
Xatırladaq ki, bazar günü, aprelin 13-də Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü. Yeri gəlmişkən, onun meyiti torpağa tapşırılmaq üçün bu gün Azərbaycana gətirilməli idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=6146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930