Ölüləri yeyən qardaşlar tutuldu

15.04.2014 - 22:58

Pakistanda
tükürpədən hadisə nəticəsində bir evdə aparılan axtarışda 3 yaşındakı
bir oğlana aid baş tapılıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir
ki, bu azmış kimi baş yeyilmiş vəziyyətdə olub. 2011-ci ildə yaşanan
hadisə ilə əlaqədar 2 qardaş həbs olunub.

 Məlumatda qeyd edilir ki,
evdən gələn qorxunc qoxu səbəbi ilə məhəllə sakinləri polisə xəbər
veriblər. Polisin evdə etdiyi axtarışda 3 yaşındakı uşağın yeyilmiş
haldakı başı tapılıb. 30 yaşındakı Məhəmməd Farman və ardından 35
yaşındakı böyük qardaşı Məhəmməd Arif həbs olunaraq həbsxanaya
göndəriliblər.
Dəhşətə salan hadisənin
detalları isə daha da qorxuncdur. İki qardaşın əslində yaşadıqları
qəsəbədəki qəbiristanlıqdan 100-dən çox cəsədi çıxararaq başlarını
yedikləri məlum olub.
3 yaşındakı uşağa
etdiklərindən əlavə qəbiristanlıqdan cəsədləri çıxararaq yediklərinə
görə də mühakimə olunan Məhəmməd Farman və Məhəmməd Arif yalnız 2 il
həbs cəzası alıblar.
Üstəlik bu onların ilk
cinayəti deyilmiş. Daha əvvəl də adam yeməkdə günahlandırılan
qardaşlardan Məhəmməd Farman həbs cəzası alıb, ancaq həbsdən çıxdıqdan
sonra ölü insanları yeməyə davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930