Çində 4 əlli, 4 ayaqlı uşaq doğulub
Çinin Quandonq vilayətində maraqlı hadisə yaşanıb. Çen ailəsinin dörd əlli və dörd ayaqlı övladı dünyaya gəlib.
Aprelin 2-də dünyaya gələn körpəyə həkimlər “başsız parazitar
əkizlik” diaqnozu qoyublar və 13 gün sonra, yəni bu gün körpə əməliyyat
olunub. Həkimlər uğurla əlavə əl və ayaqları uşağın bədənindən
ayırıblar.
600 qram ağırlığında olan əlavə hissələr çıxarıldıqdan sonra körpənin
çəkisi 3 kiloqram qalıb. Həkimlər həmçinin körpənin pnevmaniya və
anadangəlmə ürək xəstəliyinin olduğunu da deyiblər.
Körpənin atası övladının xəstə doğulmasında özünü günahlandırıb:
“Ancaq işləyib daha çox pul qazanmaq barədə düşünürdüm. Kaş bunun
əvəzinə yoldaşımı tez-tez müayinə etdirərdim”.
Buna oxşar hadisə keçən ilin avqust ayında Hindistanda baş verib.
Səkkiz aylığında iki başla doğulmuş körpəyə də həkimlər “parazitar
əkizlik” diaqnozu qoyublar.
Həkimlər bu cür halların genetik xəstəliklər nəticəsində yarandığını və bir milyonda bir uşaqda rastlandığını deyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6152