"Sumqayıt camaatı"nın əmiri əsir götürüldü
tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli
Aqil Hacıyevdir.
O, “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulub və
şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Onun yaxın
günlərdə edam olunacağı bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, “Cundu-Şam’’ silahlı
qruplaşmasının bütün üzvləri Suriya ərazisindən qovulub. Onların böyük
əksəriyyətinin azərbaycanlı olduğu bildirilir.
Sumqayıt hüquq-mühafizə orqanlarından bildirilib ki, Aqil Tağı
oğlu Hacıyev Lənkəran rayonunun Boladi kəndində anadan olub. Sumqayıtda
xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev
bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.
Hüquq-mühafizə orqanlarından A. Hacıyevin hazırda Suriyada olması
barədə məlumatlara malik olduğunu bildirsələr də, onun əsir götürülməsi
barədə xəbərsiz olduqlarını deyiblər.
Qeyd edək ki, xəvaricilərin Sumqayıtdakı əmiri Elçin Əkbərov isə
Daxili İşlər Nazirliyinin 2013-cü ilin dekabrında keçirdiyi xüsusi
əməliyyat zamanı həbs edilib. E. Əkbərov ötən il dekabrın 11-də
Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə
ilə bağlı tutulub. Həmin insident zamanı Sumqayıt şəhər sakinlərindən
Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin
sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları
alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisədə təqsirli bilinən 20-dən artıq şəxs həbs edilib.
Saxlanılan şəxslərin evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar
maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat
və 30 disk, 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat
patronu aşkar edilərək götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6157