Putin klassik səhvlərdən birinin qurbanı ola bilər

16.04.2014 - 00:28

Hər şey onu göstərir ki, Putin tarix boyu ən pis səhvlər buraxmış
insanların yolu ilə gedir. Qərar qəbul etməkdə istifadə edilən üsullar
hamıya yaxşı tanışdır və eyni zamanda pis hadisələrin olacağını xəbər
verir”, – Devid Qompert Foreign Policy üçün məqaləsində yazır.
“Böyük
strateji səhvlərə yol verən liderlər çox vaxt hədsiz təkəbbürlərinə
görə məğlub olurlar. Və 1812-ci ildə Napoleon və 1941-ci ildə Hitler
həlledici döyüşlərdə qələbə qazanmışdılar və bu, onlarda yenilməzlik,
hətta seçilmişlik hissi yaratmışdı. Məlum olduğu kimi, hər ikisi
Rusiyaya soxulmuş və öz böyük ordularını itirmişdilər”, – müəllif yazır.
Tarixi müqayisələr aparmaqla, həmçinin İkinci Dünya Müharibəsində
Yaponiyanın baş naziri Xideki Todzonun, Folklend böhranında Argentina
generallarının, Əfqanıstana zorla girməyi təqdir edən Sovet
hakimiyyətinin qərarlarını nümunə gətirməklə Qompert Rusiyanın
Ukraynadakı səhv addımlarını göstərir.
“Putinin
təkəbbürü silsilə hərbi qələbələrə deyil, Rusiyanın qonşularını qorxuda
bilmək əminliyinə əsaslanır, – müəllif yazır. Görünən odur ki, o,
Krımın işğalına görə öz-özünə vurduğu ziyana məhəl qoymadan bu addımını
böyük uğur hesab edir, bu, onda vəziyyəti idarə etmək və başqalarının
itaətkarcasına təyin edilmiş rola uyğun oynadıqları ssenariləri
müəyyənləşdirməklə bağlı əminlik yaradır. Bu cür əsassız inam – davamlı
səhvlərə yol verməyə meylli olan təfəkkürün tipik qüsurudur”, – məqalədə
deyilir.
“Səhv
strateji qərarlar qəbul edən liderlər çox vaxt əvəzi ödənməli olan
inciklikləri və ya hərbi güclə nail ola biləcəyi gələcək qələbələrin
məsiha bəsirətlərini əllərində rəhbər tuturlar, – Qompert davam edir. –
Putinin inciklik siyahısı uzundur: NATO-nun genişlənməsi; Qərbin
Kosovaya, İraqa, Liviyaya girməsi; ABŞ-ın Raket Əleyhinə Müdafiə
müqaviləsini pozması; həmçinin, Rusiyanın işlərinə Qərbin müdaxiləsi
kimi hesab etdiyi hər şey”.
“Səhv
edən liderlərin digər tipik xüsusiyyəti düşmənlərinin imkan və manevr
azadlığı və həmçinin tapşırığın yerinə yetirilməsi zamanı qoşununun
rastlaşacağı çətinliklərlə bağlı iradə çatışmamazlığıdır. Səhvlər lider
həm də əlinə düşən fürsəti görüb onun realizasiyasının uzunmüddətli
nəticələrini düzgün qiymətləndirməyəndə də baş verir. Tutaq ki, bu gün
Putin Ukraynada imkanlar pəncərəsini gördü, amma, o, Qərbin Rusiyaya
tətbiq etdiyi sanksiyaların səbəb olacağı həmin uzunmüddətli ziyanları
başa düşürmü?” – müəllif sual verir.
“Bəzən
ölkə daxilində öz hakimiyyətinin möhkəmləndirilməsi naminə strateji
risklərlə razılaşırlar. Amma görəsən Putin rus millətçilik dalğasını ələ
keçirmək üçün öz imkanlarını çox yüksək qiymətləndirməyəcək ki?
Ölkəsinin məruz qala biləcəyi ziyanla siyasi reytinqinin ani qalxmasını
əlaqələndirəcəkmi? Ukraynalılar əfqanların Sovet işğalçılarına qarşı
apardıqları partizan müharibəsinə oxşar müharibə başlaya bilərlər. Ola
bilsin, NATO Ukraynanın müdafiəsi üçün öz qoşunlarını göndərməsin, lakin
Rusiyanın işğalı Qərbin hərbi xərclərini artıracaq ki, Rusiya öz zəif
iqtisadiyyatı ilə heç ona çata da bilməyəcək”.
“Nəzər
yetirdiyimiz hər bir səhvə səbəb qərar qəbul edən şəxsi əhatə edən
müşavirlərin, komandanların və təsisatların hakimiyyətə həqiqəti demək
istəməməsi və yaxud deyə bilməməsi olub. Strateji səhvlər çox vaxt
müxalif fikirlilərin susdurulmasına, mübahisələrin yatızdırılmasına,
şübhəyə düşmək istəksizliyinə, evdə kimin ağa olduğunu göstərmək
cəhdlərinə və nümayişkaranə qətiyyətə görə baş verir. Putin və onun müti
mübarizə yoldaşları bu sxemə uyğun gəlirlər”, – Qompert belə bir
nəticəyə gəlir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6160

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930