Ölkədən çıxmaqları qadağan edilib?
“Gülən” təriqətinə məxsus həbslər zamanı ələ hansı sənədlər keçirilib?
Fətullah Gülənin lideri olduğu “Nurçu”larla bağı
hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat
tədbirləri nəticəsində həbs edilənlərin mənzilindən mühüm sənədlər
götürülüb. Mənbənin məlumatına görə, bu sənədlərdə Azərbaycanda
təriqətin yayılmasına dair müxtəlif sənədlərlə yanaşı, kimin hansı
vəzifəni tutması ilə bağlı faktlar da yer alıb. İddialara görə, ələ
keçirilən sənədlərdə millət vəkili Ceyhun Osmanlı, Prezident yanında
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər
hazırda müxtəlif vəziflərdə olan “Nurçu”larla bağlı ciddi faktlar yer
almaqdadır. Redaksiyamıza daxil olan iddialara görə, millət vəkili
Ceyhun Osmanlı və SAM rəhbəri Fərhad Məmmədovun ölkədən çıxması
qeyri-rəsmi qadağan edilib. Bildirilir ki, hər iki şəxs yaranmış
vəziyyətlə bağlı müəyyən şəxslərə çıxsalar da, nəticə əldə olunmayıb.
Redaksiyadan: Bu məlumatla bağlı millət vəkili Ceyhun Osmanlının
mövqeyini öyrənmək üçün deputatın telefonuna zəng etsək də, Ceyhun
Osmanlı dəstəyi götürmədi.
Qeyd edilən iddialarla bağlı Ceyhun Osmanlının və SAM rəhbəri Fərhad Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
Vətəninfo.az
Short URL: http://www.cumhuriyyet.net/?p=6162