Gülənin Azərbaycandakı "biznes imamı": Bəhri Topuz
Gülən Camaatının iş dünyasındakı kritik ismi barədə sensasiyalı məlumatlar…
“Camaatın icazəsi olmadan Azərbaycanda kimsə ticarətlə məşğul ola
bilməz”. 1990-cı illərdən günümüzə qədər nədənsə türk iş adamlarında bu
fikir hakim idi. Haqsız da sayılmazdılar. Atatürkçü və ya Güləni qəbul
etməyən iş adamlarının başına gəlməyən qalmamışdı. Dövlət dairələri ilə
ciddi əlaqələr quran Fətullah Gülən Camaatı istədiyi iş adamına yol
verir, istəmədiyinin isə adını bədnam edirdi.
Fətullah Gülən Camaatı TUSİAB, İpək yolu kimi təşkilatlarla iş
adamlarını bir mərkəzdə saxlayır, buna qarşı çıxanlar isə ölkədən
müxtəlif şəkildə “deport” edilirdi.
PİA.AZ-a daxil olan məlumata görə, Camaat Azərbaycanın qeyri neft
sektorunun 70 faizini öz nəzarətində saxlayır. Bundan başqa Azərbaycanın
ayrı-ayrı məmurlarının xaricdəki milyonlarını da “işlədən” Gülən
Camaatı Ərdoğanın bir sözü ilə buradan silinəcəyə də bənzəmir. Çünki
işin içində ideologiya ulə yanaşı ticari maraqlar mövcuddur.
Bəs hər sahə üzrə “imam”-“koordinator” təyin edən Fətullah Gülən bu
sektoru üzrə nümayəndəsi kimdir? Ağıla ilk gələn TUSİAB başqanıdır. Belə
ki, Camaatın iqtisadi sektorunun toplandığı mərkəzin başıdır. Lakin
unudulan məqam ondan ibarətdir ki, TUSİAB başqanı hər iki ildən bir
dəyişilir. Bəzən TUSİAB başqanı bir ildən sonra dəyişir. Daha çox
millətçi kəsimin də dəstəklədiyi isimləri başqan seçərək, “kamuflaj”
olan Camaat TUSİAB-ın İdarə Heyətinə öz adamlarından seçərək, arxa
planda öz işlərini icra edirlər.
İmama gəlincə, 1994-cü ildən bu günə kimi imam dəyişməyib. TUSİAB
İdarə Heyətinin üzvü olan Bahri Topuz demək olar ki, bu qurumun İdarə
Heyətinin dəyişməyən üzvlərindən biri. İllərlə fərqli üzvlər seçilsə də,
Bahri Topuz hər TUSİAB sədrinin listəsində olub. Daha doğrusu, TUSİAB
seçimləri öncəsi qurultay nümayəndələrinə paylanan camaat siyahısında
Topuzun adı öz yerini qoruyub.
“Seha Elektirik” Şirkətinin prezidenti olan Bahri Topuz həm də Qafqaz
Universitetinin Rəyasət Heyətinin üzvüdür. Heç bir elmi dərəcəsi
olmayan Bahri Topuz 1960-ci ildə İstanbulda dünyaya gəlib. İbtidai
sinifi və orta məktəbi Kabataş oğlanlar liseyində oxuyub. Liseyi
bitirib Ankara Qazi universitetinin İqtisadiyyat fakultəsinə qəbul olan
Bahri Topuz 1987-ci ildə universiteti başa vurduqdan sonra atasının
yanında ticarətlə məşğul olmağa başlayıb və iki il sonra – 1989-cu ildə
öz şəxsi biznesini qurub. Bahri Topuz 1994-cü ildən bu yana
Azerbaycanda biznes fəaliyyəti ilə məşğuldur.
Göründüyü kimi tərcümeyi halında da B.Topuzun hər hansı bir akademik
fəaliyyətindən bəhs edilmir. Belə olduğu halda Bahri bəyin Fətullah
Gülən Camaatının Azərbaycandakı üç önəmli şirkətinin rəhbərlərindən biri
olmasına hansı xüsusiyyəti imkan tanıyıb? TUSİAB və Qafqaz
Universitetinin Rəyasət Heyətinin üzvü, Seha Elektrik Şirkətinin İdarə
Heyətinin sədri təyin olunmasında hansı kriteriyalar rol oynayıb?
Bahri Topuzun Qafqaz Universitetindəki vəzifəsinin rektordan da üstün
olduğunu bilməkdə fayda var. Belə ki, universitetin mülkiyyət,
təsərrüfat, təşkilatlanma, rəhbər kadrların təyin olunması məsələlərində
ali orqanı təsisçi şirkətin qərarı ilə seçilən Rəyasət Heyətidir.
Rəyasət Heyəti Universitetin fəaliyyətini istiqamətləndirir,
planlaşdırma, büdcə, kapital qoyuluşu işlərinə və inkişaf fəaliyyətinə
nəzarət edir.
Bahri Topuzla bağlı araşdırma apararkən bəlli oldu ki, illərdən bəri
Bakıda olan bu şəxs həm də Camaata tabe olmaqdan imtina edənlərin
“qələmini qırmaqla” məşğul olub. Belə ki, Fətullah Gülən Camaatına tabe
olmaqdan imtina edən iş adamları milliyyətinə görə, PKK-çı, Ergenekonçu
və başqa ittihamlarla suçlanaraq, Azərbaycan dövlətinə bu şəxslərdən
şikayət edilir. Bu şikayətlərin qaynağı olaraq isə Bahri Topuz
göstərilməkdədir. İş adamları iddia edirlər ki, onlara hücum əsasən
Bahri Topuzun təkliflərini rədd etdikdən sonra başlayıb. Belə ki,
onlarla görüşərək, Gülən Camaatına “himmət parası” istəniləndən sonra
verilən cavaba görə, reaksiya görüb.
Bahri Topuzla əlaqə saxlamaq istəsək də, TUSİAB-da olan telefonları cavab vermədipia.az
Short URL: http://www.cumhuriyyet.net/?p=6164