Putinin "qaynar xətt"inə sualları pulla yığırmışlar
Aprelin 17-də Rusiya prezidenti Vladimir Putin federal telekanalların
canlı efirində “qaynar xətt” keçirərək rusiyalıların suallarına cavab
verəcək.
Rusiya prezidentinin mətbuat xidməti
Dmitri Peskov bildirib ki, bununla belə, dövlət başçısının
populyarlığından bir sıra möhtəkirlərin pul qazanması hadisəyə kölgə
salır.
“Hansısa xuliqanlar bir neçə internet-sayt açıblar və sualın birinə
görə 50 rubl (1,41 dollar) əldə etməyə çalışırlar”, – deyə Kreml
təmsilçisi bildirib.
Peskov vurğulayıb ki, bu fakt “qaynar xətt”in populyarlığının arzuolunmaz təsdiqidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6166