470 sərnişini daşıyan gəmi batdı

16.04.2014 - 13:21

470 sərnişini daşıyan gəmi batdı

Cənubi Koreyada əksəriyyəti məktəb gəzintisinə gedən tələbələr və müəllimlərdən ibarət dəniz yolçularını daşıyanı gəmi göyərtəsindəki 470 nəfər adamla birlikdə suya gömülüb. 
Musavat.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, xilasedicilər 147 sərnişini sahilə çıxarıb, 1 sərnişin ölü tapılıb.
 
Hadisə Koreya yarımadasının cənub sahillərinin 100 kilometrliyində meydana gəlib. Əksəriyyəti tətilə gedən şagird və müəllimləri Jeju adasına aparan bərə hələlik bilinməyən bir səbəblə batmağa başlayıb. Gəminin imdad siqnalı göndərməsindən sonra bölgəyə onlarla vertolyot və xilasetmə gəmisi göndərilib. Sahil təhlükəsizlik xidməti batmaqda olan gəmidən 147 sərnişini xilas edə bilib. Digər sərnişinlər haqqında dəqiq bir məlumat verilməyib. Sərnişinlərdən 325-nin şagird və müəllimlər olduğu bildirilib.
 
Qurtarılan sərnişinlər gəmi batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini ifadə ediblər. 
Verilən son məlumata görə, dənizə düşənlərdən 350-dən artığı silas edilib, iki nəfər ölü, 16 nəfər ağır yaralı çıxarılıb. 100-dən artıq adam itkin düşmüş sayılır və onların sağ qalmasına ümidlər azalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=6185

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930