Metroda panika..

16.04.2014 - 13:42

Metroda panika..

Bu gün metroda panika yaşanıb. 
Belə ki, musavat.com-a daxil olan məlumata görə, Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar “Əhmədli” və “Həzi Aslanov” metrostansiyaları arasındakı tuneldə hərəkətini iki dəfə dayandırıb.
Əməkdaşımızın hadisə yerindən verdiyi xəbərə görə, vaqonlardan yanıq iyi gəlib, sərnişinlər arasında panika yaşanib. Onlar partlayış baş verəcəyindən qorxublar. 
Daha sonra qatar “Əhmədli” stansiyasına gətirilib. Burada sərnişinlər vaqonlardan evakuasiya edilib. Stansiyaya polis işçiləri və metropoliten əməkdaşları gəliblər, sərnişinlərə qorxulu heç nə olmadığını bildiriblər.
15 dəqiqədən sonra yanıq iyi gələn qatar köməkçi teplovozun vasitəsilə depoya (“Bakmil” stansiyası) aparılıb. Metroda 12 dəqiqəlik fasilə olub, qatarlar hərəkət etməyib.
Metropolitetinin hərəkət xidmətindən aldığımız məlumata görə, qatarda texniki problem olub. Əməkdaşımızın zənginə cavab verən metropoliten əməkdaşı əlavə edib ki, onlarda saat 12-dən 1-ə qədər nahar fasiləsidir və daha sonra müfəssəl məlumat veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=6186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930