Məmurların suyu da Türkiyədən gəlir

16.04.2014 - 16:29

Türkiyənin Dövlət Statistika İdarəsi ölkənin içməli su ixracına dair rəqəmləri açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, statistik məlumatlara görə, Türkiyə ötən il 69 ölkəyə cəmi 214 min 242 ton içməli su satıb, bunun əvəzində 34 milyon dollar gəlir əldə edib.
Məlumata görə, havaların quraqlıq keçməsinə baxmayaraq bu ilin ilk iki ayı ərzində Türkiyə içməli su ixracını artırıb. Ən çox içməli su ixracı İngiltərəyə edilib. Bu ölkə Türkiyədən 2 ay ərzində 8 min 900 tona yaxın içməli su alıb.
Türkiyənin bu ilin ilk iki ayı ərzində su satdığı ölkələr arasında Yaponiya, Honkonq, Sinqapur, Yəmən, Fici, Qətər, Küveyt, Bəhreyn, İsrail, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan, Rumıniya, Gürcüstan, Malta və s. ölkələr də yer alır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatlarında xaricdən içməli su ixracına dair hər hansı rəqəmə rast gəlmək mümkün deyil. Bu baxımdan Türkiyədən nə qədər su ixrac edildiyi, həmçinin içməli suyu qonşu ölkədən kimin aldığı məlum deyil.
Ehtimal edilir ki, Türkiyədən içməli suyu hansısa oliqarxlar idxal edirlər və həmin sudan öz hovuzlarını doldurmaq, yaxud başqa şəxsi ehtiyacları üçün istifadə edirlər. Yəni söhbət “Azərsu”nun verdiyi suyu bəyənməyən azərbaycanlı zənginlərdən gedə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=6193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930