Qarabağ ermənisini azərbaycanlı saymaq olarmı?

16.04.2014 - 16:42

Etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarını, o cümlədən erməniləri azərbaycanlı adlandırmaq olarmı?

Etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarını, o cümlədən erməniləri azərbaycanlı adlandırmaq olarmı?

Virtualaz.org-un xəbərinə görə, “Media forum” saytının sualını cavablandıran Milli Məclisin Mədəniyyət komitəsinin sədri, dilçi və türkoloq Nizami Cəfərov deyib ki, bu, azərbaycanlı sözünün hansı mənada işlənməsindən asılıdır: “Türk azərbaycanlılardan söhbət gedirsə, erməniləri bura aid eləmək olmaz. Azərbaycanlı sözü Azərbaycan Respublikasının vətəndaşı mənasında işlənəndə isə Dağlıq Qarabağda yaşayan erməniləri də azərbaycanlı saymaq olar. Etnos kimi deyil, vətəndaş kimi. Bu mənada bizim ölkədəki ermənilər də, ruslar da, gürcülər də azərbaycanlıdır.
Termin olaraq azərbaycanlı anlayışı çoxmənalıdır. Məsələn, rus bir mənanı bildirir, rusiyalı isə bir başqa mənanı. Bizdə azərbaycanlı ifadəsinin vətəndaşlıq çaları da var və bu baxımdan etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlıdır”.
Politoloq Elxan Mehdiyev sualı belə cavablandırıb: “Hüquqi baxımdan Azərbaycan Respublikası ərazisində yaşayan bütün erməniləri də azərbaycanlı saymaq mümkündür. Amma Azərbaycanda yaşayan qeyri-türklərə, o cümlədən ermənilərə azərbaycanlı demək ənənəsi güclü deyil, bu xalqlar hər vaxt öz adları ilə tanınıblar: erməni, rus, gürcü, yəhudi… Müsəlman dininə mənsub milli azlıqlar da çox zaman etnik mənsubiyyəti ilə gedir – ləzgilər də, kürdlər də, talışlar da”.
Tarixçi alim Fazilə Əliyeva isə düşünür ki, ermənini heç bir halda azərbaycanlı saymaq olmaz: “Onlar bu torpağın köklü sakinləri deyil, gəlmədirlər. Bizim torpaqlara köçüb yaşayıblar, sonra da torpaqlarımızı zəbt ediblər, bizə qarşı soyqırımı törədiblər. Erməni ermənidir və Qarabağ ermənisi də heç vaxt azərbaycanlı adlandırıla bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6195

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930