Əlibəyli təhlükədə

16.04.2014 - 17:04

Tovuz batalyonunun keçmiş komandiri Etibar Əmiraslanov Hafta.az-a açıqlamasında cəbhədəki son vəziyyət haqda məlumat verib.

Sabiq komandir bildirib ki, sakinlərdə ruh düşkünlüyü var: “Atışma gedən günü kəndə girmək istədim. Bacanağımgil kəndin lap qırağında, ermənilərlə sərhəddə yaşayırlar. Toyuq-cücələri ermənilərin yerinə keçir. Onlardan o tərəfə ev yoxdur. Amma atışma çox güclü olduğu üçün kəndə girə bilmədim. Bizimkilər onlara layiqincə cavab vermirlər. Buna görə də camaatda ruh düşkünlüyü var. Sakinlər özlərini əzilmiş kimi hiss edirlər. Fikirləşirlər ki, bizim axırımız nə olacaq”.
E.Əmiraslanov deyib ki, atışmada kəndə çoxlu ziyan dəyib: “Camaat əvvəlki əhvali-ruhiyyədə deyil. Sakinlərin çoxu ailəsi ilə birgə kəndi tərk edirlər. Əvvəllər bizim əsgərlər atanda, güclü cavab verəndə camaata da ləzzət edirdi. İndi isə onların 1000 gülləsinə 4-5 güllə ilə cavab verirlər ki, hə, burdayıq. Kənddə elə bir ev yoxdur ki, ona 40-50 güllə dəyməsin. Son günlər baş verən atışmada itki olmadı. Amma maşınlara, evlərə çox ziyan dəyib. Ermənilərə qarşı vuruşmaq üçün 20-30 nəfər köhnə uşaqlar bəs edər”.
Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi, mülki insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər: “Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Ermənistan yenə də atəşkəsi pozaraq Tovuzun Əlibəyli kəndi istiqamətində kənd sakinlərini, onların evlərini, elektrik və qaz xətlərini atəşə tutması nəticəsində gərgin və çox narahat bir gün yaşanıb.
Ötən gün və bu gün kəndin rəsmi nümayəndələri ilə bir neçə dəfə telefonla danışdıq. İcra nümayəndəsi Valeh müəllimlə danışdıq. Bir az sakitlik yaranıb və çox şükür ki, mülkü insanlarımızdan xəsarət alan olmayıb, amma evlərə yenə də hər zamankı kimi zərər vurublar, üstəlik elektrik, qaz , telefon xətlərinə zərər dəyib və bunun nəticəsində elektrik və qazın verilməsində problem yaranıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, kəndin icra nümayəndəsi və bu sahəyə cavabdeh qurumlarla da danışdıq. Səhər saatlarından başlayaraq elektrik və qaz xətlərində yaranmış problemin aradan qaldırılması ilə bağlı işlər getdiyini və gün ərzində kəndin tam elektrik və qazla təkrar təmin ediləcəyini dedilər.
Eyni zamanda, “Azərsu”ya bir millət vəkili olaraq minnətdarlığımı bildirmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Əlibəyli kəndində olarkən və kənd sakinlərimizlə görüşərkən kənd sakinlərinin kəndin içməli su təchizatının yaxşılaşdırılması və genişləndirilməsi, kəndin içməli su ilə problemləri olan hissələrinə su xətlərinin çəkilməsi ilə bağlı qaldırdıqları məsələni və xahişi qurumun rəhbərliyi ilə danışaraq bu məsələni həll etməyi xahiş etmişdim və elə həmin günün sabahından kənddə kəndin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün sürətli və geniş işlərə başlayıblar və inşallah yaxın günlərdə bu işlər bitəcək.
Ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərini və torpaqlarımıza böyük sevgi ilə sahib çıxırlar və bununla da düşmənə layiqli cavablarını verirlər.
Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyid münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik təəssüf ki.
İnsanların onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər. Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər, amma görünən odur ki, mülki insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən çox təəssüf ki.
Ermənistan bundan sonra da əl çəkmək niyyətində deyil. İnşallah yenidən Tovuza gedəcəm və insanlarımızla bir araya gəlib görüşəcəyik. Allah kənd sakinlərimizi və ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimizi qorusun”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930