Kəsilən ağaclar Razim Məmmədovun sonunu gətirir

16.04.2014 - 23:06

İlham Əliyevin xəbərdarlığından sonra Xətaidə sökülən parka yeni ağaclar əkməyə başlayıblar

 İlham Əliyevin xəbərdarlığından sonra Xətaidə sökülən parka yeni ağaclar əkməyə başlayıblar 
 
 
Ancaq sakinlərinin sözlərinə görə, sökülən parkın ərazisini alan sahibkar Yaşar Məmmədov onları hədələməkdə hələ də davam edir: “Bura tez-tez öz adamlarını göndərir. Yaşar Məmmədov bu qədər baş verən hadisədən sonra hələ də parkı dağıdıb, obyekt tikməyi düşünür”
Aprelin 16-da Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 21-də yerləşən parkda əkilən ağacların sayı iki qat artırılıb. Bu barədə “Yeni Müsavat”a parkda ağacların kəsilməsi ilə bağlı aprelin 11-də aksiya keçirən bina sakinləri söyləyiblər.
Onlar bildirdilər ki, Bakı meriyası və Xətai rayon İcra Hakimiyyəti tərəfindən sahibkar Yaşar Məmmədov tərəfindən dağıdılan park bərpa olunub. Onların sözlərinə görə, ötən gün prezidentin müşavirədə ağac kəsənlərə təpinməsindən sonra bu parkda bir çox yeniliklər olub.
Bina sakini Sənubər Əliyeva söylədi ki, son iki gündə insanların istirahəti üçün parkda bəzi işlər görülüb: “Bizim aksiyamız öz nəticəsini verdi. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bildirdi ki, ağac kəsənlərə qarşı ən sərt cəzalar tətbiq ediləcək. Yəqin ki, buna görə də səhəri gün parkda əkilən ağacların sayını ikiqat artırdılar. Daha sonra sakinlərin istirahəti üçün qurulan çardaqları da artırdılar”.
Bir başqa bina sakini isə parkın ərazisini alan sahibkar Yaşar Məmmədovun onları hələ də hədələdiyini söylədi: “Bura tez-tez adamlarını göndərir. Yaşar Məmmədov bu qədər baş verən hadisədən sonra hələ də parkı dağıdıb, obyekt tikməyi düşünür. Fevral ayında parkı dağıtdığına görə onu 12 min manat cərimələmişdilər. İkinci dəfə cərimə olunmadığı üçün deyəsən, “qaşınır”. Heç kimin ixtiyarı yoxdur ki, ağacları kəssin. Ağac kəsməklə insanların və özlərinin nəfəslərini kəsdiklərini anlamayıblar. Anlayanda da gec olacaq”.
İxtisasca ekoloq olan Mahir Qurbanov adlı bina sakini söylədi ki, Bakıda ən çox ağac kəsilən rayon Xətai rayonudur: “Ümumiyyətlə, Bakıda ekoloji tarazlıq tamamilə pozulub. Şəhərdə yaşıllıq səviyyəsi normadan qat-qat aşağıdır. Park adı ilə böyük bir ərazini dağıdıb, 80 faiz bahalı mərmər, 10 faiz yaşıl örtük və 10 faizi ağacdan ibarət bir şey yaradıb, milyonlarla manat dövlət vəsaitini silirlər. Artıq insanlarımız üçün ağacın, yaşıllığın bir önəmi qalmayıb. Mən özüm bu yaxınlarda Almaniyada idim. Frankurt şəhərinin yaxınlığında böyük bir qəsəbəyə getmişdik. Orada yol layihəsi ilə bağlı plana kiçik bir meşəlik düşürdü. Mənə məlumat verildi ki, həmin ağaclara görə layihəni dəyişərək, yolun qalan hissəsini qəsəbənin içindən keçiriblər. Bizdə isə neçə gündür ki, yolu genişləndirmək adı ilə Bakı-Sumqayıt yolu üzərindəki ağacları kəsirlər. Halbuki, həmin ağacları köçürə də bilərdilər. Öz ciblərinə hansı sərf edir, onu da edirlər. Bu məsələdə prinsipiallıq göstərməli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti də, çox pisdir”.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə ağacların qanunsuz kəsilməsinə münasibət bildirib. O, Nazirlər Kabinetində keçirilən müşavirədə deyib ki, ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir.
Dövlət başçısı bildirib ki, ekoloji vəziyyətlə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər. Ona görə də mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq, ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır. Bu, biabırçılıqdır. Bu, cinayətdir”.
 

 

Kəsilən ağaclar Razim Məmmədovun sonunu gətirir

 

Kəsilən ağaclar Razim Məmmədovun sonunu gətirir

 

Kəsilən ağaclar Razim Məmmədovun sonunu gətirir

 

Kəsilən ağaclar Razim Məmmədovun sonunu gətirir

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930