Sabirabad Mərkəzi Xəstəxanası Əziz Mikayılovun girovuna çevrilib
16.04.2014 - 23:28
Sabirabad rayonunda biznes sahibi olan və el arasında “Aptek Əziz” kimi məşhurlaşan Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov ətrafında söz-söhbət daha da artır.
Nəzərinizə çatdıraq ki, ötən yazılarımızda rayonda baş verən bütün neqativ halları faktılarla ixtiyarınıza vermişdik. Lakin daxil olan informasiya bunu deməyə əsas verir ki, lisenziyasız fəaliyyət göstərən apteklər mütləq araşdırılmalıdır. Amma bu faktı ən yaxşı halda dövlət qurumlarının ixtiyarına verməliyik. Bizi maraqlandıran odur ki, qanunsuz fəaliyyət göstərən apteklər niyə məhz baş həkim Əziz Mikayılova məxsüsdur?
Bunlardan əlavə polikilinkalar bazar qanunları ilə idarə olunur. Rayonda olarkən müşahidə etdiyimiz bir fakt yuxarıda qeyd etdiyimizi isbatladı. Rayon sakini arayış üçün polikilinkaya büyürür. Bi çarə vətəndaş 4-5 otağla tanış olduqdan sonra və hər otağa vəsait ödəyəndən sonra arayışı əldə edir. Rayon sakinlərinin dediyinə görə baş həkim Əziz Mikayılov rayon səhiyyəsini şəxsi biznesi hesab edir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Səhiyyə Nazirliyindən Əziz Mikayılova “xeyir dua” verilib. Hətda məlumatlarda o da vurğulanır ki, Sabirabad Mərkəzi Xəstəxanasının doğuş şöbəsi “qan çanağı” kimi tanınır. Dövlət tərəfində qadağan olunan “abort” isə Əziz həkimin razılığı ilə rayonda sərbəst həyata keçirilir. Qanunları belə saymayan Əziz Mikayılovun yüksək rütbəli məmurun adı bu günlərdə açıqlanacaq. Növbəti yazılarımızda biləcəksiniz…
1. 5 Saylı Ərazı Vergilər İdarəsinin nümayindələri lisensiyasız apteklərə niyə şərait yaradır?
2. Əziz Mikayılovun arxalandığı məmur baş həkimin qanunsuz əməllərinə hansı reaksiyanı verəcək?
3. Əziz həkimin lisenziyasız neçə aptek fəaliyyət göstərir?
4. Doğuş şöbəsində “abort”un qiyməti neçəyədir?
5. Vərəm xəstəliyindən dünyasını dəyişən Əli, Əziz həkimə nə demək istəyirdi?
6. Vərəm dispanserindən təcili evə yola salınan mərhum, pulu olmadığına görəmi Əziz həkimin qurbanına çevrildi?
Dosye.az
Short URL: http://www.cumhuriyyet.net/?p=6211