Naxçıvandakı hərbi təlimlər nəyə hesablanıb?

16.04.2014 - 23:32

“Naxçıvana daim təhlükə var və ölkə rəhbərliyi yəqin ki, bunu nəzərə alır”

Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.

Təlimlərin Rusiyanın Ukraynadan sonra digər MDB dövlətləri üçün təhlükə yarada biləcəyinə dair məlumatlar artan ərəfədə keçirilməsi təsadüfi görünməyə bilər. Bu onu deməyə əsas verir ki, Azərbaycan rəhbərliyi cəbhə bölgəsində, həmçinin Naxçıvan istiqamətində vəziyyətin gərginləşəcəyindən narahatdır. Qeyd etmək lazımdır ki, təlimlər dövlət başçısı İlham Əliyevin Naxçıvana səfərindən az müddət sonra keçirilir. Üstəlik də gələn ay Türkiyə müdafiə naziri İsmət Yılmazın Naxçıvana səfəri nəzərdə tutulub.

Hərbi ekspert Üzeyir Cəfərov Naxçıvanda təlimlərin keçirilməsinin ötən ilin sonlarına köhnə formatda planlaşdırıldığını deyir. Lakin Zakir Həsənov müdafiə naziri təyin ediləndən sonra Müxtar Respublikada Əlahiddə Ümumqoşun Ordusu yaradıldığından təlimlərin vaxtı bir qədər gecikdirilib.

Ekspert blokada şəraitində olan Naxçıvana hər an təhlükənin ola biləcəyini və ölkə rəhbərliyinin də bunu nəzərə aldığını deyir. Lakin təlimlər bu təhlükə ilə əlaqəli deyil: “Naxçıvana kuratorluq qeyri-formal olaraq Türkiyənin üzərinə düşür. Ordakı silahlı qüvvələrin formalaşması, təminatı Türkiyə tərəfindən həyata keçirilir. Prezident də bu yaxınlarda Naxçıvana getdi və orda alınan yeni hərbi texnikalara baxış keçirdi. Təlimlərin də bununla üst-üstə düşməsi təsadüf sayıla bilər. Ancaq istənilən halda Naxçıvana daim təhlükə var və ölkə rəhbərliyi yəqin ki, bunu nəzərə alır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6212

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930