Yatsenyuk Rusiyanı "terrorçu"luqda ittiham etdi
Ukraynadan hər saat dünyaya yeni xəbərlər gəlir.
Donetsk şəhərinin vilayət administrasiyasının binasının silahlı qruplaşma tərəfindən ələ keçirildiyi bildirilir. Slavyansk şəhəri üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar uçuşlar həyata keçirib. Vilayətin digər şəhərlərinə girişlərdə isə barrikadalar gücləndirilib. Hələlik toqquşmaların olub-olmaması barədə məlumatlar verilmir. Paytaxt Kiyevdə isə Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk çıxış edərək böhranın dərinləşməsində Rusiyanı ittiham edib. O, Rusiyanı terrorçuluqda təqsirləndirib. Onun sözlərinə görə, Rusiya artıq neft və qazdan əlavə yeni məhsul ixrac etməyə başlayıb. O, terrorçuluq ixrac edir. Ancaq bir ölkə – Rusiya Ukraynada rusiyalı təxribat qruplarının terror törətdiyini görmür. Rusiya bütün təxribat qruplarını çəkməli, terrorçuları pisləməli və hökumət binalarını boşaltmalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6213