Bakı meri ilə generalın adı torpaq qalmaqalında

17.04.2014 - 10:00

Bakı meri ilə generalın adı torpaq qalmaqalında

Hacıbala Abutalıbovun adamları Həsən Şirinovun yaxınları ilə üz-üzə gəlib
Bakı meri Hacıbala Abutalıbovun, onun qardaşının, meriyanın məsul əməkdaşı Rəcəb Hüseynovun və Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, general Həsən Şirinovun adı torpq qalmaqalında hallanır. Bu barədə azpolitika.info-nun elektron ünvanına daxil olan məktubda bəhs edilir.
Məktub müəllifləri yazır: “Biz – aşağıda imza edən Bakı sakinləri Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və Ibrahimova Şəbnəm Eldar qızı yüksək rütbəli məmurların, generalların adı keçən, iştirakçısı olduğu torpaq fırıldağının qurbanı olmuşuq. 
Biz ötən ilin may-avqust ayları ərzində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində tamamilə qanuni əsaslarla – notarial qaydada müqavilə imzalamaq, bank vasitəsilə ödəniş etmək və nəhayətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaqla kiçik ölçülərdə (02-04 sot) fərdi yaşayış evləri tikmək üçün torpaq sahələri almışıq. Lakin tikintiyə başlamaq istədiyimiz zaman Bakı Şəhər Icra Hakimiyyətinin məsul əməkdaşı olduğu deyilən Rəcəb Hüseynov adlı şəxs əraziyə gəlmiş, fəhlələri təhqir etmiş, hətta fiziki zorakılıq göstərərək onları ərazidən qovmuşdur. Biz mülkiyyətçiləri isə hədələyərək bildirmişdir ki, bu torpaqların sahibi odur, bizim əlimizdə olan sənədlər əsassızdır və ləğv olunacaqdır. 
Bundan sonra torpağı qanuni sənədlərlə və notarial qaydada bizə satan şəxslərlə- Cəfərov Ələmşah Məmmədəli oğlu, Cəlilov Ruslan Izahat oğlu və Şirinov Aslan Kamil oğlu ilə “Araz Inşaat LTD” arasında məhkəmə çəkişmələri başlayıb. Bir instansiya bunun, digəri o birisinin xeyrinə qərar verir və proses illərlə uzanana oxşayır.
Nəzərinizə onu da çatdıraq ki, torpağı bizə satan şəxslər Cəfərov Ələmşah Məmmədəli oğlu və Şirinov Aslan Kamil oğlu Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, general Həsən Şirinovun yaxınlarıdır. Birinci bacısı oğlu, ikinci doğma qardaşıdır. Bizim əlimizdə qanuni sənədlərimiz olmasına baxmayaraq, mülkiyyət hüququmuzu məhdudlaşdıran “Araz Inşaat LTD”nin isə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı ilə Rəcəb Hüseynovun şərikli şirkəti olduğu haqda məlumatlar var”.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6214

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930