Sərəncam gözləyən icra başçılarının adları məlum oldu

17.04.2014 - 11:12

Sərəncam gözləyən icra başçılarının adları məlum oldu

Onların arasında hazırda yüksək vəzifədə işləyən məmurun qardaşı da var 
Dünən prezident İlham Əliyev bir neçə rayonun icra başçısını dəyişməsi ilə bağlı sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən Kürdəmir və Ağdamın rəhbərləri işdən çıxarılıb. Tərtərin icra başçısı Ceyhun Cəfərov isə İrşad Əliyevi əvəzləyib. 
JAM.AZ xəbər verir ki, icra başçılarının çıxarılacağı və onların yerinə başqalarının gətiriləcəyi ilə bağlı xeyli əvvəldən məlumatlar var idi. Son bilgilərə görə isə prezidentin imzaladığı sərəncamlar davamlı olacaq və daha bir neçə rayonu əhatə edəcək. 
Aldığımız məlumata görə, yaxın vaxtlarda vəzifəsini itirəcək icra başçıları arasında bir xeyli adlar var. Onlar aşağıdakılardır: 
-Füzulinin rəhbəri Alı Alıyev;
– Masallının icra başçısı Rafil Hüseynov;
– Qaxın icra başçısı Musa Şəkiliyev;
– Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə;
– Astaranın icra başçısı Qəzənfər Ağayev;
– Zərdabın icra başçısı Lütfəli Babayev;
– Bərdənin icra başçısı Vidadi İsayev;
– Beyləqanın icra başçısı Vaqif Abdullayev;
– Saatlının icra başçısı Siraqəddin Cabbarov. 
– Xızının icra başçısı Xəzər Aslanov;
– Lerikin icra başçısı Rövşən Bağırov. 
Mənbə deyir ki, bu siyahı uzun də ola bilər. Çünki bəzi rayonların icra başçıları işdən çıxarılsa da, başqa məntəqələrə rəhbər təyin edilə bilərlər. 
Əldə etdiyimiz məlumatlarda deyilir ki, Masallının icra başçısı postuna hazırda Yardımlı rayonuna rəhbərlik edən Sevindik Hətəmov gətiriləcək. Alı Alıyevi Füzulidə əvəzləyəcək şəxsin isə Bakıdan göndəriləcəyi gözlənilir. Həmçinin Qəzənfər Ağayevin də yerinə kimin gətiriləcəyi məlumdur. Məlumatlara görə, bu şəxs elə Cənub bölgəsindən olan rayonlardan birində hazırda rəhbərlik edir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6225

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031