Adnan Oktara dair müdhiş iddialar

17.04.2014 - 12:00

Adnan Oktara dair müdhiş iddialarAdnan Oktara dair müdhiş iddialar

Adnan Oktara dair müdhiş iddialarOnun azərbaycanlı tələbəsi mediaya məktub göndərərək, təriqət liderinin qadınlarla qrup halında intim əlaqəyə girdiyini, narkotik maddədən istifadə etdiyini, qızlar hipnoz altına saldığını yazır
Aşağıda oxuyacağınız məktubu Azərbaycan mediasın, o cümlədən redaksiyamıza G.A. inisiallı bir qadın göndərib. Məktub Türkiyədə öz televiziya verilişləri ilə məşhur olan Adnan Oktar, yəni Harun Yahyadan bəhs edir.
Məktub müəllifi Adnan Oktarı “saxtakar” adlandıraraq bildirir ki, bu adam barəsində olan bilgiləri ictimailəşdirməklə, azərbaycanlı qızların onun toruna düşməsinin qarşısını almaq istəyir. 
G.A. yazır: “Mənim xalam qızı Türkiyədə təhsil alanda Harun Yahya təriqətinə qoşulub, sonra onun təriqətinin əxlaqsız yuva olduğunu gördükdən sonra uzaqlaşıb. Xalam qızı özü məndən xahiş etdi ki, Azəbyacan mediasına yazım. Xalam qızı adını açıqlamaq istəmir, çünki Tükiyədə ərə gedib və 2 uşağı var.
Xalam qızı dünən axşam watsapda mənimlə yazışdı və məndən  xahiş etdi ki, Adnan Oktarın əxlaqsızlığı barədə bu sətirləri sizə çatdırım.
Xalam qızı deyir ki, orda Adnan Oktarın təriqətinə cəlb edilən qızların çoxu Adnan Oktarla intim əlaqəyə girirlər. Adnan Oktar həmin qızları sanki hipnoz edir və “aşkım, sevgilim” sözləri ilə ələ alır. Xalam qızı özü deyir ki, o təriqətdə 1 il qalıb. Bu təriqətdə öncə guya saf dini öyrədirlər. Orda Esma Özgül adlı Adnan Oktarın ən yaxın qadın adamı var. Esma Özgül heç zaman Adnan Oktarın verilişlərinə çıxmır. Ona Adnan Oktarın mənəvi xəlifəsi deyirlər. Esma Özgül qızları Adnan Oktar təriqətinə cəlb edir. Axşamlar bəzən qorxunc hadisələr baş verir”. 
G.A. xalasıqızına istinadla yazır ki, qızları qaranlıq otaqda saxlayırar və deyirlər ki, cinləri, şeytanları onlardan qovur: “O otaqdan çıxdıqdan sonra sanki qızları hipnoz edirdilər, sehirləyirdilər. Qaranlıq otaqda çox qaldıqdan sonra qızlarda Adnan Oktara qarşı sevgi yaranır və onun əlini öpməyə, hətta onunla intim əlaqəyə girməyə belə istək yaranır. Çox iyrənc tərigətdir”.
Məktub müəllifi xüsusilə qeyd edir ki, Adnan Oktarın mədrəsəsində qalanda gecə yarısı birdən qızları qaldırırmışlar: “Gecə paltarlarında ayq üstə dururduq və Adnan Oktar içəri yatqxanaya girirdi və deyirdi ki, sizləri ziyarətə gəlmişəm. Cinlər, şeytanlar sizdən uzaq olsun.
G.A.-nın göndərdiyi məktubun ən müdhiş məqamı Adnan Oktarın “Türkiyəli tələbələrim” adlandırdığı qızlarla qrup halında intim əlaqədə olması barədə iddiadır. Məktub müəllifi qeyd edir ki, onun xüsusi otağı var ora heç kimi buraxmırlar: “Otaqda böyük yataq var. Bir də o, həmin qız tələbələrinə otaqda striptiz etdirir”.
Bundan başqa, məktubda göstərilir ki, Adnan Oktara Yəməndən ağac yarpağı gətizdirirlər: “Ona el-qat deyilir. Heroin kimi qadağan deyil. Onu çeynəyəndə insanın başı dumanlanır. Qrup halında intimdən öncə hamısı el-qat çeynəyirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930