Azərbaycan səhiyyə sistemində kadr dəyişikliyi

17.04.2014 - 13:43

Azərbaycan səhiyyə sistemində  kadr dəyişikliyi

Azərbaycan səhiyyə sistemində ciddi kadr dəyişikliyi həyata keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi xəbərə görə, yeni yaradılan Bakı Sağlamlıq Mərkəzinə direktor təyin olunub.
 
Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov təyinat alıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin rəhbər və işçi kadrlarının formalaşması prosesi davam edir.
 
Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub.
 
Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələlik təyinat olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=6238

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930