İki nazir arasında kompromat savaşı başladı

17.04.2014 - 14:22

İki nazir arasında kompromat savaşı başladı

Kəmaləddin Heydərovla Ziya Məmmədov nəzarətlərindəki “artilleriya”ları işə salıblar
Son günlər ölkənin iki aparıcı nazirliklərinin rəhbərləri arasında münasibətlərdəki gərginlik pik həddə çatıb. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 
Həmin məlumatlarda deyilir ki, nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasındakı narazılıq artıq mətbuata belə sirayət etməyə başlayıb. Mənbənin iddiasına görə, ilk olaraq FHN şefi nəqliyyat nazirinə qarşı kompromatları mətbuata ötürən tərəf kimi çıxış edib. “Fövqəlnazir”in özünə yaxın mətbuat orqanlarında Ziya Məmmədovu “vurması”nın əsas səbəbi isə tərəflər arasında nüfuz savaşı ilə bağlıdır. 
Verilən məlumatda qeyd olunur ki, bu hadisənin ardından Ziya Məmmədov da boş oturmayıb və o da son dönəmlər özü üçün yaratdığı mətbuat şəbəkəsinin imkanlarından istifadə edib. Və tez bir zamanda Kəmaləddin Heydərov haqqında onun karyerasına zərər verəcək səviyyədə məlumatların tirajlanmasını təmin edib. Yerli mətbuat orqanlarının birində Kəmaləddin Heydərovun oğlu barəsində məlumatın gündəmə gəlməsi və onun ailə üzvlərinin özünü Prezident ailəsi ilə eyni tutmağa çalışması barədə məlumatın yayılması isə münasibətlərin gərginlik səviyyəsini ən sərt formada qabardıb. 
Qeyd edək ki, bu prosesə mətbuatın qarışması yaxşı hal kimi qəbul edilmir və yuxarı dairələr də məsələdən xəbərdar olduqlarından hələlik tərəfləri sakitləşdirmək istəmirlər. Amma bu gedişatın hər iki tərəfə ciddi şəkildə zərbə vuracağı da istisna deyil. JAM.AZ-a danışan mənbə vurğulayır ki, indiki məqamda hakimiyyət daxildə hər hansı bir narazılıq istəmir. Üstəlik, bunun iki ən yüksək çinli və güclü nazir tərəfindən reallaşmasının qəti əleyhinədir. Hakimiyyət dairələri gedişatı diqqətlə izləyərək, hadisələrin hara qədər gedəcəyini müşahidə etməkdədirlər. Və qısa bir zamanda prosesə müdaxilə edərək, tərəflərin ikisini də cəzalandırmaq fikrindədirlər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930