Medvedyev Azərbaycana gəlir

17.04.2014 - 15:44

Medvedyev Azərbaycana gəlir

Rusiyanın daxili işlər naziri artıq Azərbaycandadır; Qubada Rusiya, Türkiyə, İran, Dağıstan rəhbərlərinin qeyri-formal görüşü olacaq
Rusiyanın baş naziri Dmitri Medvedyev yaxın günlərdə Qubaya gələcək. Bu dövlətin daxili işlər naziri Vladimir Kolokotsev isə artıq Quba rayonunda səfərdədir.
Dogru.tv Quba rayonundakı mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının daxili işlər naziri Qubada  5 ulduzlu “Rixos Quba Azerbaijan” otelinədir. Naziri Quba səfəri ilə bağlı rayonda fövqəladə vəziyyət hökm sürür. Bilgi verən mənbə qeyd edir ki, Rusiya daxili işlər nazirinin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi “Rixos Quba Azerbaijan” otelinədir. Belə ki verilən bilgiyə görə, nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Azərbaycan daxili işlər nazirliyinin məsul çəxsləri Quba rayonundadır. 
Məlumata görə, Rusiya daxili işlər nazirinin gəlişinin əsas məqsədi yaxlın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev və Dağıstan prezidenti Ramazan Abdulatipov “Rixos Quba Azerbaijan” otelində bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, Qubaya gələn baş nazirə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan bir villa da bağışlanacaq. Mənbə bildirir ki, artıq villa tam yaşayış üçün hazırdır.
Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Qubaya səfərinə həyat yoldaşı Svetlana Medvedyeva ilə gələcək. Qonaqların Qubada 3 gün qalacaqları bildirlir. 
Yaxın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlir. Baş nazir və prezident Qubada “Rixos Quba Azerbaijan” otelinə gedəcəklər.
“Yeni Müsavat”ım rayondakı mənbələrədən əldə etdiyi məlumata görə görüşlərə İran və Türkiyə təmsilçiləri də qatılacaqlar. Görüşlərin məqsədi hələlik açıqlanmır. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930