Sabiq deputatın adı qalmaqalda
Nərimanov rayon, Qarabağ 8 ünvanında nə baş verir?
Nərimanov
rayon, Qarabağ 8 ünvanında nə baş verir?
Son
vaxtlar məmurlara bağlı qalmaqallar ölkə mediasında tez-tez yer alır.
Maraqlıdır ki, bu sırada sabiqlər də geridə qalmır. Redaksiyamıza daxil olan
məlumat da elə bu qəbildəndir. Nərimanov rayon Qarabağ 8 ünvanında yerləşən
yeni yaşayış binasının sakinləri bu ərazinin komandantı İslam adlı şəxsdən
şikayətçidirlər. Sakinlər bildirir ki, bu şəxs binada yaşayanlardan qanunsuz
pul toplayır.
Qəzetimizə
üz tutan sakinlərin sözlərinə görə komandant Hacı Fərrux adlı bir şəxsə güvənir.
Bu isə 2005-2010-cu illərdə 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olmuş
Fərrux Zeynalovdur. Bizə daxil olan məlumata görə ötən parlament seçkilərində
mandat ala bilməyən və Qalib Salahzadəyə məğlub olan Zeynalov indi biznes
işləri ilə məşğuldur. Sözügedən ünvandan olan şikayətçilər də daha çox məhz
onun adını hallandırır: “Komendant islamın arxası keçmiş deputatdır. Onlar
nəinki bizdən qanunsuz pul yığır, həm də ərazidə bir çox başqa qanunsuzluqlara
imza atıblar. Burda tikilən uşaq bağçasının ərazisi qanunsuz olaraq
genişləndirilib, həmçinin binanın zirzəmisi belə zəbt olunub. Hacı fərruxa
məxsus olduğu bildirilən və uşaq bağçası olduğu deyilən obyektin hasarı binanın
həyətinə keçib ki, bu da burda yaşayan uşaqların əyləncəsinə mane olur. Zirzəmi
isə qıfıllanıb və burdan anbar kimi istifadə olunur”. Sakinlər onu da
bildirdilər ki, bu günlərdə şikayət əsasında Nərimanov rayon icra
hakimiyyətinin Şahmar adlı nümayəndəsi ərazidə olsa və ilk əvvəl sakinlərin
şikayətinin haqlı olduğunu bildirsə də, sonradan onu “razı salıblar”.
Məsələ
ilə bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, sözügedən bina koperativ
binadır, Hacı Kənan adlı iş adamı tərəfindən tikilib və binanın tikildiyi
torpaq sahəsi F.Zeynalovdan alınıb. Məsələ İlə bağlı araşdırmalarımız davam
edir. Qarşı tərəfin də mövqeyin öyrənərək mövzuya qayıdacağıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6251