Anar Məmmədovla bağlı ilginc iddia

18.04.2014 - 11:29

Anar Məmmədovla bağlı ilginc iddia

Sosial şəbəkələrdə nazir oğlu haqqında “Bu ölkəni idarə etmək qabiliyyətindədir” təbliğatının apardığına dair məlumatlar yayılıb 
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı sosial şəbəkələrdə ilginc məlumatlar yayılıb. JAM.AZ həmin məlumatlara istinadən xəbər verir ki, nazir oğlunun yaxın qohumları özlərinə simsar bildikləri rayonlarda onun haqqında təbliğat aparırlar. 
Məlumatda qeyd olunur ki, xüsusən Ucar rayonunda nazirin qohumları Anar Məmmədovun çox savadlı oğlan olmasını, hətta bu ölkəni idarə edə biləcək qabiliyyətdə olduğunu vurğulayırlar. İddialara görə, ilk baxışdan belə bir təbliğatın aparılması qeyri-adi görünməyə bilər. Lakin bunun total və məqsədli şəkildə aparılması artıq təhlükə mənbəyi olaraq görülür. 
 Anar Məmmədovla bağlı belə bir məlumatın yayılması məqsədli xarakter də daşıya bilər. Çünki nəqliyyat naziri Ziya Məmmədovu vurmaq üçün ən optimal yollardan biri də elə onun oğlu haqqında deyilənlərin əsas götürülməsidir. Nəzərə alaq ki, deputat Rəbiyyət Aslanova da bir zamanlar oğlu Elnurun çox savadlı və bacarıqlı biri olmasını demişdi. Amma sonda Elnur Aslanov vəzifəsindən alındı və başqa bir işə keçirildi. 
Qaldı Anar Məmmədovla bağlı belə bir məsələnin gündəmə gətirilməsinə, nəzərə alaq ki, bu yaxınlarda məhz Ziya Məmmədovun nəzarətində olan mətbuat orqanlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu barəsində də analoji səpkidə məlumat yayılmışdı. Həmin məlumatda iddia olunurdu ki, Taleh Heydərov özünü prezidentin ailəsi ilə bir tutu rvə özünü onlardan üstün göstərməyə çalışır. Buna misal olaraq, onun Lodonda Azərbaycanın xeyrinə təbliğat aparması, bir sıra tədbirlər keçirməsi və digər məsələlər göstərilmişdi. 
Həmin vaxt belə bir məlumat da yayıldı ki, bu cür xəbərin ictimailəşdirilməsi məhz nəqliyyat nazirinin maraqlarını ifadə edib. Ona görə ki, Ziya Məmmədovla Kəmaləddin Heydərov son dövrlər qətiyyən yola getmirlər. Ehtimal edilə bilər ki, Kəmaləddin Heydərov da həmkarından qisasını almaq üçün Anar Məmmədovla bağlı məlumatların dövriyyəyə buraxılmasında maraqlı tərəf kimi çıxış etsin. Sadəcə, işin fərqli tərəfi odur ki, FHN şefi nəqliyyat naziri kimi bunu özünə yaxın mətbuat vasitəsi ilə deyil, daha geniş auditoriyada yaymaqla həyata keçirməyə çalışır. Sosial şəbəkələrdə məlumatın tez bir zamanda yayılması isə sirr deyil. Həm də şəbəkədə belə məlumatlar qısa müddətdə çoxlu sayda insan tərəfindən oxunur. Ən vacibi isə Facebookda bu tip məlumatlar ictimai rəyə daha çox təsir göstərir. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930