Sumqayıtda "Gül Bayramı" ilə bağlı pul yığılır

18.04.2014 - 11:31

Sumqayıtda “Gül Bayramı” ilə bağlı pul yığılır

İcra başçısı büdcə təşkilatlarında çalışanları hədəfə alıb
Sumqayıtın icra başçısı Eldar Əzizov bir neçə gündür ki, “Gül Bayramı” adı altında büdcə təşkilatlarında çalışanlara göz verib işıq vermir. Bu barədə DİA.AZ-a Sumqayıtdakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hamı pul yığımından narazıdır, lakin heç kim bunu açıq şəkildə deyə bilmir. Çünki işdən qovulacaqlarından qorxular.
Mənbə bir maraqlı məlumatı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, artıq Eldar Əzizov Sumqayıt sahibkarlarına Gül Bayramı ilə bağlı bir sıra tapşırıqlarını da çatdırıb. Tapşırıqlar ondan ibarət olub ki, sahibkarların hər biri xüsusilə ərzaq ticarəti ilə məşğul olanlar müxtəlif ərzaq məhsulları icra hakimiyyətinin nümayəndələrinə verməlidirlər. İcra başçısı isə bunu Sumqayıtda məskunlaşan məcburi köçkünlərə bayram münasibətilə paylayacaq. Əks halda sahibkarlar obyektlərinin bağlanacaqları ilə hədələniblər.
Qeyd edək ki, dünən Sumqayıt telekommunikasiya qovşağının işçilərinin maaşları əllərindən alındığı da dia.az-a gələn məlumatlar içindədir. Məlumatlarda bildirilirdi ki, qovşağ rəisi Akif Əsgərov yeni il tədarükü ilə bağlı şəhərin icra başçısı Eldar Əzizovun tapşırığı əsasında işçilərin maaşlarını mənimsəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930