Putin Rasmussenə güvənmədiyini deyib

18.04.2014 - 12:13

Putin Rasmussenə güvənmədiyini deyib

Rusiya prezidenti Vladimir Putin NATO baş katibi Anders Foq Rasmussenə güvənmədiyini deyib. Putin bildirib ki, Rasmussenlə görüşü zamanı NATO baş katibi aralarında olan danışıqları diktafona yazıb, daha sonra isə səsyazısını mediaya sızdırıb.
ANS PRESS-in məlumatına görə, Putin hadisənin Rasmussenin Danimarka baş naziri olduğu vaxtda baş verdiyini deyib. “Rasmussen Danimarka baş naziri idi. Mənimlə görüşmək istədiyini dedi. Qəbul etdim. Lakin o, görüş zamanı bütün danışdıqlarımızı diktafona yazıb, sonra da mətbuata sızdırıb. Qulaqlarıma, gözlərimə inanmadım. Bundan sonra Rasmussenə necə inana, güvənə bilərəm?”, – deyə Vladimir Putin bildirib.
NATO Vladimir Putinə cavab verib. Alyansın mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Rusiya prezidentinin söylədikləri tamamilə yalandır, heç bir əsası yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=6266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930