DİN qudurğan məmur balalarının həbsinə başladı

18.04.2014 - 17:21

DİN qudurğan məmur balalarının həbsinə başladı

Dünən Zığ şossesində iki avtomobil azğın sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti yaradıb və bakılıların həyatı üçün real təhlükə yaradıb.
Bu barədə virtualaz.org saytına DİN-dəki mənbələrdən məlum olub. Avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.
DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6” avtomobili ilə yarışa çıxdığı bildirilir.
Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.
Virtualaz.org saytına məlum olub ki, bu hadisə hakimiyyətin yüksək eşelonlarında ciddi ajiotaj yaradıb. Hazırda Cinayət Məcəlləsinə avtoxuliqanlığa görə avtomobilin müsadirə olunmasına imkan verən düzəlişin edilməsi barədə ciddi müzakirələr gedir.
Məlumata görə, hüquq-mühafizə orqanlıarı oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır. Oxucuları hadisələrin sonrakı inkişafı ilə bağlı məlumatlandıracağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930