Mikayıl Cabbarovun çıxışıMisir Mərdanovu təşvişə salıb

19.04.2014 - 10:09

Mikayıl Cabbarovun çıxışıMisir Mərdanovu təşvişə salıb

Sabiq təhsil naziri Misir Mərdanov indiki təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətinə qiymət verib. Lent.az-ın məlumatına görə, Misir Mərdanov bildirib ki, təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi vacib bir işdir: “Təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi çox vacib idi. Yeni qüvvələr gətirilib də.
Yeni nazir Mikayıl Cabbarovla aramızda olan münasibətlər çox normaldır. Nazirə və nazirliyin əməkdaşlarına uğurlar arzulayıram. Indi çox məsuliyyətli vəzifəyə təyin olunmuşam. Bir ildir ki yeni işimdə çalışıram. Prezidentin uğurlu siyasəti nəticəsində bu gün təhsilimiz inkişaf edir. Təhsilə tədricən cavan adamlar cəlb olunmalıdır”.
Qeyd edək ki, AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanovla və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər amma onlar bir-biri ilə salamlaşmayıblar. Bu isə onu göstərir ki, Misir Mərdanovla Mikayıl Cabbarov arasında münasibətləri heç də normal deyil. Misir Mərdanovun xələfinə təriflər yağdırmasıisə Mikayıl Cabbarovun bir neçə gün əvvəl ölkə başçısıIlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki çıxışıilə bağlıola bilər. Mikayıl Cabbarov həmin müşavirədə təhsil müəssisələrinə məxsus ərazilərin zəbt olunmasıvə təhsil ocaqlarına işəgötürmələrdə ciddi qanun pozuntularına yol verilməsi məsələsini qaldırıb. Görünür, Misir Mərdanov bu çıxışdan təşvişə düşüb və Mikayıl Cabbarovun bu məsələni üstünə çox getməməsi üçün yeni naziri tərifləməyi çıxış yolu hesab edib.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6287

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930