Ərdoğan Azərbaycan hakimiyyətinin şəstinə toxunub

19.04.2014 - 10:12

Ərdoğan Azərbaycan hakimiyyətinin şəstinə toxunub

Yaxud nurçulara qarşıəməliyyatların iqtidarın öz təşəbbüsü ilə başlandığıbarədə təbliğat nəyə hesablanıb?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra Azərbaycanda nurçulara qarşıəməliyyatlara başlanıldı. Bu, Ərdoğanla Azərbaycanın rəhbəri Ilham Əliyev arasında keçirilən görüşdə nurçularla bağlıxüsusi müzakirə olunmasıilə izah edildi. Hətta görüşlə bağlıyayılan məlumatlarda deyilirdi ki, Ərdoğan Ilham Əliyevə Azərbaycanın dövlət aparatında çalışan nurçularla bağlısiyahıverib. 
Lakin deyəsən, nurçulara qarşıhərəkətlənmənin Ərdoğanın səfərilə ilə izah edilməsi Azərbaycan hakimiyyətinin xoşuna gəlməyib. Artıq bir neçə gündür ki, hökumətyönlü qəzetlərdə bu mülahizələri təkzib edən yazılar dərclər edilir. Həmin yazılarda israrla bildirilir ki, nurçulara qarşıhərəkətlənmə sadəcə Azərbaycan hakimiyyətinin dövlətçilik maraqlarından irəli gəlir və bu tədbirlər heç kimin tələbi, sifarişilə həyata keçirilmir.
Görünür, Azərbaycan hakimiyyəti bu mülahizələrin “Azərbaycan və onun rəhbəri müstəqil siyasət yürüdür” şüarına ciddi zərbə olduğunu və iqtidarın “əzəmətinə” kölgə saldığınıdüşünüb. 
Lakin bütün cəhdlərə baxmayaraq baş verənlər göz qabağındadır. Fakt odur ki, Azərbaycanda nurçulara qarşıhərəkətlənmə Ərdoğan hakimiyyəti Fətullah Gülən arasında münasibətlərin pozulmasından sonraya təsadüf etdi. Türkiyənin baş nazirinin Azərbaycana səfərindən sonra isə bu daha da gücləndi.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6288

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930