Azərbaycanda vəhabilərdən istifadə edəcəklər

19.04.2014 - 10:57

Azərbaycanda vəhabilərdən istifadə edəcəklər“Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir deyillər”.   Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.   O, bir zamanlar Azərbaycanın Rusiya əleyhinə Çeçenistandakı döyüşçülərə dəstək verdiyini bildirib:   “Azərbaycan vaxtıyla Çeçenistanda separatçılara dəstək verirdi. Bu, Dudayevlə Məshədovun vədələrinə düşürdü. Səbəbi isə aydın idi. Rusiya o zaman açıq şəkildə erməniləri müdafiə edirdi. Ruslardan niyə onlara dəstək verdiklərini soruşanda “yaxşı edirik” deyə cavab verirdilər. Azərbaycan da Heydər Əliyev vaxtında çeçen separatçılarına dəstək verdi. Bundan sonra Rusiya gördü ki, bu onlara çox ağır başa gəlir. Ona görə bəzi məsələlərdə güzəştə getdilər. Artıq Rusiya-Azərbaycan münasibətlərində aydın bir model qurulub. Onlar bizə, biz isə onlara toxunmuruq. Azərbaycan artıq Şimali Qafqazda separatçılara dəstək vermir”.   Politoloq vəhabilərin Azərbaycan ərazisində hələlik ehtiyat variant kimi saxlanıldığını qeyd edib:   “Dini radikallar Azərbaycanda heç bir şey edə bilməyəcəklər. Bu vəhabilər harada dəyişiklik edə biliblər? O ölkələrdə ki, oraya xaricdən güclü müdaxilə olub. NATO olmasaydı, Qəzzafi onları əzəcəkdi. Suriyada Qərb, Səudiyyə Ərəbistanı, Qətər müdaxilə etməsəydi, Əsəd onları əzəcəkdi. Yəməndə Səudiyyə Ərəbistanı yardım etməsəydi, onlar sakitcə yerlərində oturacaqdılar. Yəni onlar alətdirlər. Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir olmurlar. Azərbaycanda dini radikallar var, amma onlardan necə istifadə edirlər? Suriyaya ət kimi göndərirlər. Azərbaycana hansısa xarici qüvvə, dövlət müdaxilə etmək istəsə, o zaman onlardan istifadə edəcək. Hazırda nə Rusiya, nə də ki Qərb Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdır. Amma hər iki halda onları ehtiyat kimi saxlayırlar. Yəni saxla samanı, gələr zamanı. Bu, təhlükə, təhdid hələ qalır. Amma onlar savadsızlıqlarından, siyasəti bilmədiklərindən heç vaxt müstəqil model kimi ola bilməzlər”. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6294

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930