Rus politoloqdan Azərbaycana seçim hədəsi
19.04.2014 - 11:02

Fuad Qəhrəmanlı: “Balanslısiyasətdən tam imtina edilməməsi gələcək üçün böyük risklər yaradır”
“Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək”. Bu sözləri “axar.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qərbin Azərbaycandan Rusiyanın blokadaya salınmasında mütləq istifadə edəcəyini bildirib: “Qərb Azərbaycana Rusiyanın iqtisadi blokadaya alınmasında ona kömək edən ölkə kimi baxır.
Rusiyaya qarşıiqtisadi sanksiyalar Qərbin Avropa Ittifaqına qaz ötürməsini tələb edəcək ki, burada da Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək. Baxmayaraq ki, sözdə bundan danışmırlar, amma əməldə bu, açıq-aşkar görünəcək. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi – çoxvektorlu siyasət artıq Azərbaycan üçün sona çatıb. Və sizin seçiminiz o qədər də böyük deyil”- deyə Trofimçuk bildirib.
Bu açıqlamadan görünür ki, Rusiya da balanslısiyasət dövrünün bitdiyini qəbul edir və Azərbaycanın konkret seçim etmək vaxtının çatdığınıbaşa düşür. Həm də o mətləb aydın olur ki, Rusiyada bəzi dairələr Azərbaycanın Qərbə inteqrasiyasıilə barışıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycanın Qərbə yönəlməsi Rusiyanınarahat edir və bununla barışmaq istəmir: “Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqe Rusiyanınarahat edir. Ümumiyyətlə, bu məsələdə Rusiya postsovet məkanından istədiyi dəstəyi ala bilmədi. Azərbaycanın Qərblə birlikdə olmasıRusiyanın strateji maraqlarınıtəhdid edir. Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın rol almasıRusiyanın razısala bilməz. Bu, hakimiyyəti də qorxudur və Ukraynadan sonra Rusiyanın hesab soracağından ehtiyatlanırlar. Ona görə də Azərbaycan hakimiyyəti bir çox jestlər etməklə Rusiyanın aqressiyasınıazaltmaq istəyir. Eyni zamanda Cənubi Qafqazda Azərbaycanın qərbyönümlü kurs yeritməsi, Rusiyanın siyasətinə qarşıəks-cəbhə açır. Ancaq təhlükəli məqam ondan ibarətdir ki, Azərbaycan qərbyönümlü siyasətdə sabitqədəm deyil və buna görə də Qərbdən “kompensasiya” ala bilmir. Yəni Rusiyaya bəzi jestlər etməklə, qərbyönümlü siyasətin etibarlılığınıaşağısalır. Digər tərəfdən, ölkə daxilində azadlıqların boğulması, demokratiyanın olmamasıQərbə inteqrasiyanıeffektsiz hala gətirir. Balanslısiyasətdən tam imtina edilməməsi isə gələcək üçün böyük risklər yaradır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6295