Oğlu "avtoş"luq edən məmur işdən çıxarıldı

19.04.2014 - 12:44

Oğlu "avtoş"luq edən məmur işdən çıxarıldıOğlu “avtoş”luq edən məmur işdən çıxarıldıOğlu "avtoş"luq edən məmur işdən çıxarıldıAvtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası işdən çıxarılıb.   APA xəbər verir ki,  bir neçə gün əvvəl Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.   Dövlət Gömrük Komitəsindən Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.   Qeyd edək ki, T. Həsənov və bir neçə gün əvvəl “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.   Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.   Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6303

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930