Ceyhun Osmanlının MTN-də dindirilməsinə dair xəbər yayıldı

19.04.2014 - 13:47

Ceyhun Osmanlının MTN-də dindirilməsinə dair xəbər yayıldı

Millixəbər.com saytı bu gün səhər saatlarında millət vəkili Ceyhun Osmanlının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını yazıb. Sayt qeyd edir ki, hazırda o, MTN-də ifadə verir. Bu barədə xəbər millixəbər.com-a etibarlı mənbədən daxil olub.
Bildirilir ki, MTN C.Osmanlının xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı, dövlət orqanlarındakı nurçu şəbəkədə aktiv fəaliyyəti, Türkiyədəki “Hizmət” hərəkatı ilə bağlılığı ilə bağlı xüsusi xidmət orqanlarına daxil olmuş, həmçinin son zamanlar mediada yayılmış məlumatları araşdırır.
Onu da qeyd edək ki, C.Osmanlı deputat olduğu üçün indilikdə söhbət onun həbsindən gedə bilməz, bunun üçün parlament xüsusi icazə verməlidir. 
Musavat.com əməkdaşının C.Osmanlının özü ilə əlaqə yaratmaq cəhdi uzun müddət alınmayıb. Nəhayət, deputat onun telefonuna göndərilən mesaja cavab olaraq əməkdaşımıza zəng edib və ona ünvanlanan sualın cavabında deyib ki, MTN-də dindirilməsi barədə xəbər dezinformasiyadır. 
C.Osmanlı belə bir şey olmadığını deyib və əlavə edib ki, bu cür şayiələr son günlər ona qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Deputat bu işdə “radikal müxalifətin barmağı”nın olduğunu deyib və bildirib ki, görünür, onun iqtidara göstərdiyi xidmətlər müxalifəti narahat edir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930